Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Füzuli rayon sakininin həyatını xilas ediblər. Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Füzuli rayon sakininin həyatını xilas ediblər.

Sərhədçilər Füzulidə 83 yaşlı qadının həyatını xilas etdilər

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Füzuli rayon sakininin həyatını xilas ediblər.

DSX-dən AzNews.az-a verilən məlumata görə, iyulun 15-də Füzuli rayonunun Alıxanlı kənd sakini, 1935-ci il təvəllüdlü Məmmədova Elminaz Rza qızını öz həyətində ilan sancıb və təcili olaraq rayon xəstəxanasına gətirilib.

E.Məmmədovanın həyatını xilas etmək üçün ona təcili ilan zər­dabının vurulması zərurəti ilə əlaqədar Dövlət Sərhəd Xidmə­tinin sərhəd qoşunlarının Horadiz sərhəd dəstəsinə müraciət olun­ub.

Müraciətə dərhal reaksiya verilib, şəxsi heyətin ilan sanc­ması hallarında istifadə etmək məqsədilə hərbi hissənin tibb mən­tə­qəsində saxlanılan ilan zərdabı rayon xəstəxanasına çatdırılıb və vətəndaşın həyatı xilas edilib.