- Köhnə - Cəmiyyət
- 17 İyul 2018 12:30
- 1 721
Kürdəmirdə narkotik tərkibli bitki əkən şəxs tutulub
Kürdəmirdə narkotik tərkibli bitki əkən şəxs tutulub.
APA-nın xəbərinə görə, rayonunun Karrar kənd sakini İbrahimov Rauf Tağı oğlunun tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkməsi və kultivasiya etməsi barədə daxil olmuş məlumat əsasında Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Kürdəmir rayonunun Karrar kəndindəki yaşadığı evinin həyətyanı sahəsində əkdiyi 9 ədəd, çətənə bitkisi aşkar edilərək götürülübr.
R. İbrahimov əvvəllər oğurluq maddəsi ilə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.