Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə iyulun 21-də Bakıda Beynəlxaq Media Forumu keçiriləcək. Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə iyulun 21-də Bakıda Beynəlxaq Media Forumu keçiriləcək.

Bakıda Beynəlxalq Media Forumu keçiriləcək

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə iyulun 21-də Bakıda Beynəlxaq Media Forumu keçiriləcək.

AzNews.az-ın məlumatına görə, tədbirdə Azərbaycan, Türkiyə və bəzi Avropa ğlkələrindən millət vəkilləri, jurnalistlər, köşə yazarları və QHT sədrləri iştirak edəcək.

Türkiyədən 40 nüfuzlu televiziya, qəzet və internet mediasının təmsilçisi Forumda iştirak üçün Bakıya gələcəklər. Azərbaycan Prezident Adminstrasiyasının nümayəndəsinin, Türkiyə səfiri Erkan Özoralın, Mətbuat Şurasının sədri Əflatun Amaşovun, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin və digər nüfuzlu qonaqların açılışında iştirak edəcəyi Beynəlxalq Media Forumunda Türkiyə-Azərbaycan strateji əməkdaşlığının media sferası barədə geniş müzakirələr aparılacaq.

Beynəlxalq Media Forumunun panellərində “Akşam” qəzetindən Emin Pazarcı, “Kanal 7″dən Mehmet Acet, İbrahim Erdoğan, “İnternet Haber”dən Hadi Özışık, “Hürriyet” qəzetindən Deniz Zeyrek, “Akit” qəzetindən Hacı Yakışıklı, “Ülkə TV”dən Hasan Öztürk, “Kanal 24″dən Melik Yiğitel, “Milad” qəzetindən Bayram Zilan, Makedoniyadan Seyhan Yakupi və Azərbaycandan millət vəkili Hikmət Babaoğlu ilə araşdırmacı-yazar Aqil Ələsgər çıxış edəcəklər.

Beynəlxalq Media Forumunun Azərbaycan proqramı 20-22 iyul tarixlərini əhatə edəcək.

Türkiyə səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin maliyyə dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçiriləcək Beynəlxaq Media Forumuna Azərbaycan Türkiyə Evi və İƏT-ə üzv dövlətlərin Jurnalistlər Assosasiyası dəstək verir.