Ötən il bu vaxtı kiloqramı 20-25 qəpiyə satılan qarpızın qiyməti hazırda sözün əsl mənasında kəllə-çarxa çıxıb. Ötən il bu vaxtı kiloqramı 20-25 qəpiyə satılan qarpızın qiyməti hazırda sözün əsl mənasında kəllə-çarxa çıxıb.

Qarpız niyə bahalaşıb? - Səbəblər (Video)

Ötən il bu vaxtı kiloqramı 20-25 qəpiyə satılan qarpızın qiyməti hazırda sözün əsl mənasında kəllə-çarxa çıxıb.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, bazarlara çıxarılan qarpız tələbi ödəmədiyindən keçən ilki qiymətdən 3 dəfəyə qədər baha satılır.

Satıcılar qarpızı yerindən baha aldıqlarını deyirlər. Onların sözlərinə görə, qarpıza həddindən artıq tələbin olması yerində qiymətləri bahalaşdırıb.

"Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Nicat Nəsirli bu il qarpızın qiymətinin kəskin bahalaşmasının səbəblərini açıqlayıb. Onun sözlərinə görə, başlıca səbəb bostan sahələrinin xeyli azalmasıdır. Əgər 2008-ci ildə 28 min hektarda qarpız əkilmişdirsə, bu rəqəm ildən-ilə azalaraq 18 min hektara qədər düşüb.

Nicat Nəsirli, qiymət baha olmasının digər səbəblərini də açıqlayıb.

Onun sözlərinə görə, yaxın günlərdə qarpızın qiymətində enmə müşahidə ediləcək. Hazırda satışda olan məhsul örtükaltında yetişdirilən qarpızlardı və təxminən bir həftədən sonra açıq sahədə qarpız yetişəcək. Qiymətlərin 30-40 qəpiyə düşəcəyi gözlənilir.

Kənd Təsərrüfatı Nazirliyi də qarpızın bahalaşmasının səbəblərini açıqlayıb. Kənd təsərrüfatı mütəxəssislərinin fikrincə, bahalaşmanın səbəblərindən biri də fermerlərin tələb-təklif qanunlarına uyğunlaşa bilməməsidir. Digər bir səbəb kimi isə fermerlərin daha çox gəlir gətirən texniki bitkilərin becərilməsinə marağın artması göstərilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı sizə təqdim edirik: