Azərbaycan Milli Ensiklopediyasının 7-ci cildində biabırçılıq baş verib. Azərbaycan Milli Ensiklopediyasının 7-ci cildində biabırçılıq baş verib.

Milli Ensiklopediyada rüsvayçılıq - “Məqalələr köçürülüb”

Azərbaycan Milli Ensiklopediyasının 7-ci cildində biabırçılıq baş verib.

AzNews.az xəbər verir ki, bu barədə təhsil eksperti Etibar Əliyev məlumat yayıb. O, Azərbaycan Milli Ensiklopediyasının 7-ci cildinin çapdan çıxdığını deyib:

“Ensiklopediyanın cildlərindəki məqalələr əsasən “Bolşaya Rossiyskaya Ensiklopediya”dan köçürülür. Ensiklopediya işini bilməyənlər deyirlər ki, burada qəbahət yoxdur. Ancaq bu qəbahət olmaqla yanaşı, həm də rüsvayçılıqdır. Ölkənin alim potensialını şübhə altına almaqdır. Sadəcə tərcümə işidir. Milli Ensiklopediyanın 7-ci cildini satışda gördüm. Bu cildin 476-cı səhifəsində XX əsrin mühüm fəlsəfi cərəyanı sayılan “ekzistensializm” haqqında məqalə verilib. Yazıblar: “Eksiztensializm(lat.ex(s)istentia-varlıq), varlıq fəlsəfəsi”. Ekzistensializm “varlıq” haqqında cərayan deyil, ey alimi-biəmməllər. Ekzistensializm “mövcudluq” haqqında fəlsəfi cərəyandır. “Varlıq” haqqında fəlsəfi təlim “Ontologiya” adlanır. Bunu qoyuram bir yana. “Ekzistensializm” haqqında məqaləni elə urvatsız tərcümə ediblər ki, hətta bunu oxuyan filosoflar da heç nə başa düşə bilməzlər”.

Etibar Əliyev qeyd edib ki, 2004-cü ildə olduğu kimi bu ensiklopediyanın da yüksək dairələrdə müzakirəsinin vaxtı çatıb.

Bahar RÜSTƏMLİ
AzNews.az