22 iyul Milli Mətbuat günü ərəfəsində, "WWW.1001dad.com" web saytının təşkilatçılığı və "360 Marcom" marketinq şirkətinin köməyi ilə şirkətin Live Kitchen studiyasında media nümayəndələri üçün aşpazlıq master-klass baş tutdu. 22 iyul Milli Mətbuat günü ərəfəsində, "WWW.1001dad.com" web saytının təşkilatçılığı və "360 Marcom" marketinq şirkətinin köməyi ilə şirkətin Live Kitchen studiyasında media nümayəndələri üçün aşpazlıq master-klass baş tutdu.

«1001 dad»dan «jurnalist-aşpaz»lar

22 iyul Milli Mətbuat günü ərəfəsində, "WWW.1001dad.com" web saytının təşkilatçılığı və "360 Marcom" marketinq şirkətinin köməyi ilə şirkətin Live Kitchen studiyasında media nümayəndələri üçün aşpazlıq master-klass baş tutdu.

Master-klass başlamazdan əvvəl Şef Tariel Quliyev media nümayəndələrini Milli Mətbuat Günü münasibəti ilə təbrik etdi və jurnalistlərə iki növ desert hazırlayacağını bildirdi.

Şef Tariel iştirakçılara desertləri seçmək hüququ verərək, sağlam qidalanmanın insan orqanizminə faydasından bəhs etdi və eyni zamanda da bele qidaların çox dadlı olduğunu göstərdi.

Jurnalistlər Şefin düzgün qidalanma sistemi və bu zamanı orqanizmdə baş verən proseslər haqqında verdiyi faydalı məlumatları maraqla dinlədilər. Sonra şef ona ünvanlanan sualları cavablandırdı, keçdiyi təcrübədən, əldə etdiyi nəticələrdən danışaraq təəssüratlarını bölüşdü.

Jurnalistlər Şefin istiqamətləndirməsi ilə master klassda fəaliyyətə başladılar.

İlk desert yoğurt, qoz-fındıq və quru meyvələrin əlavə edilməsi ilə hazırlanmış yüngül meyvə və giləmeyvə qarışığı idi. Bu desertin hazırlanma prosesi xeyli sadə idi və bişirmə tələb etmirdi. Belə ki, yemək bişirməkdə heç bir təcrübəsi olmayanlar da bunu asanlıqla hazırlaya bilərdilər. Bu desert, düzgün qidalanma sisteminin tələblərinə tam cavab verməkdədir.

İkinci olaraq isə Maffin (keks növü) canlı şəraitdə hazırlandı. Yemək hazırlanan vaxt şef bişirmə sirrlərini anlatmaqla yanaşı, iştirakçıların suallarını da cavablandırdı.

Tədbirin sonunda Şef hər bir iştirakçının öz hazırladığı desertləri sınamağa dəvət edildi. Mətbuat nümayəndələri, master-klassın nəticələrini müzakirə edə-edə, öz "kulinariya şedevrlərini" bir-biri ilə paylaşdılar. İki saat davam edən tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdirdilər və belə bir tədbirdə yenidən görüşmək istəklərini dilə gətirdilər.

Şirkət bununla kifayətlənməyəcək, şefin iştirakı ilə bu cür master-klasslar istəyən hər bir kəs və uşaqlar üçün də təşkil edəcək.

youtube.com/1001dadcom

facebook.cm/1001dad

www.1001dad.com

image description image description image description image description image description image description image description image description image description image description image description