Cəlilabadda martın 23-ü törədilmiş dəhşətli qətl hadisəsinə səbəb qatilin intiqam hissi imiş. Ana və günahsiz iki körpə narkotik aludəçisinin amansızlığının qurbanı olub. Cəlilabadda martın 23-ü törədilmiş dəhşətli qətl hadisəsinə səbəb qatilin intiqam hissi imiş. Ana və günahsiz iki körpə narkotik aludəçisinin amansızlığının qurbanı olub.

Cəlilabadda dəhşətli qətli törədən qatil danışdı (VİDEO)

Cəlilabadda martın 23-ü törədilmiş dəhşətli qətl hadisəsinə səbəb qatilin intiqam hissi imiş. Ana və günahsiz iki körpə narkotik aludəçisinin amansızlığının qurbanı olub.




Hadisə bas verən vaxt Məzahir işdə olub. İnternet klubunda işliyən Məzahir ən tez halda evə gecə caat 12-də gəlirmiş. Həmin gün də istisna deyildi. Qəfildən onun telefonuna zəng gəlir. Həyat yoldaşı Nahidə idi. Amma qismətdən Məzahir telefona cavab vermir. Bir qədər sonra özu təkrar həyat yoldaşına zəng vurur. Amma xanımı telefona cavab vermir. Sən demə, bu zaman 28 yaşlı qadın sağ qalmaq üçün mücadilə edirmiş.

Musa Quliyev. Bu ailənin qatili Quliyevlərin kürəkəni olub - Məzahirin bacısı Gulşənin həyat yoldaşı. 4-5 il əvvəl dini nikahla evləniblər. Bu evlilikdən bir oğulları olub. Qohumlarının dediyinə görə, aralarında narazılıq yarananda hələ körpələri dünyaya gəlməyibmiş. Bir müddət ayrı yaşayıblar. Amma sonradan Məzahir onları barışdırmaq üşün öz evinə gətirib. Həyat yoldaşi Nahidə gələcək qatilinin aylarla qulluğunda durub. Amma sonradan yenə də baldızı ilə ayrılmalı olublar. Qohumları deyir ki, buna səbəb Musa Quliyevin narkotik aludəçisi olması idi. Düz bir il idi ki, ayrı yaşayırdılar. Hətta 5 yaşlı oğluna valideynlik hüququ vermək də istəmirmiş. Bir-iki ay əvvəl isə məhkəmə bu hüququ bərpa edib və bu da Musanın sonradan qatilə çevrilməsinə əsas verib. Zərərçəkənlərin sözlərinə görə, Musa hətta, İlaxır çərşənbəni oğlunun beşiyini həyətdə yandıraraq hər kəsdən intiqam alacağını bildirib. Qurbanları isə 4-5 ay evində yaşadığı qayını Məzahirin həyat yoldaşı və 2 azyaşlı qızı olub.

Qatil 4 yaşlı Mədinəni anası Nahidə ilə eyni otaqda öldürüb. Hadisədən ilk xəbər tutan isə qətli törədən Musa Quliyevin bacanağı Siyavuş Təhməzov olub. O, "Məzahirin evi yanır" xəbərinə qaçıb gəlib və belə bir hadisə ilə qarşılaşıb.

Qətli törədən Musa Quluyev istintaqa ifadəsində bildirib ki, qayını Məzahirgilə bayramlaşmaq üçün gedib. Lakin evin xanımı onun üstünə qaynar su ataraq evdən çıxmasını tələb edib.

Xatırladaq ki, Musa Quliyev barəsində Cinayət Məcəlləsinin 120.2.7 maddəsi ilə cinayət işi qaldırılıb.

Bu arada, millət vəkili Fazil Mustafa Azərbaycanda ölüm hökmünün bərpası ilə bağlı məsələni gündəmə gətirib. Hər halda, düşünməyə dəyər. /anspress/


AzNews.az