16:28
(077) 610-22-33

Rus zabit ailələri Azərbaycanı mayın sonunadək tərk edəcək

  • >
427 27 Mart 2013 11:22 | Cəmiyyət

Qəbələ radiolokasiya stansiyasının (RLS) hərbi şəhərciyində yaşayan rus zabitlərin ailələrinin Azərbaycandan çıxarılması prosesi may ayının sonunadək tam yekunlaşacaq.

APA-nın məlumatına görə, hazırda zabit ailələrinin və onların əmlaklarının Qəbələdən çıxarılması prosesi davam edir. Anlaşmaya əsasən, rus zabitlərinin ailələrinin əmlaklarının çıxarılmasını Azərbaycan tərəfi təmin edir.

Hazırda hərbi şəhərcikdə 70-ə yaxın zabit ailəsi qalıb.

Qeyd edək ki, Azərbaycan tərəfinin icarə haqqını artırması ilə əlaqədar Rusiya 2012-ci ilin dekabr ayından Qəbələ RLS-də fəaliyyətini dayandırıb. Hazırda stansiyanın inventarının siyahıya alınması və təhvil-təslimlə bağlı komissiyalar tərəfindən işlər aparılır.

Azərbaycan tərəfi Rusiyadan stansiyanın icarəsi üçün 300 milyon dollar icarə haqqı tələb edib.

AzNews.az

Bağla X