Abşeron rayonunun Qobu qəsəbəsində təcili yardım yolun bərbadlığı səbəbindən ünvana çata bilməyib. Abşeron rayonunun Qobu qəsəbəsində təcili yardım yolun bərbadlığı səbəbindən ünvana çata bilməyib.

Təcili yardım ünvana çata bilmədi - Köməyə FHN çatdı

Abşeron rayonunun Qobu qəsəbəsində təcili yardım yolun bərbadlığı səbəbindən ünvana çata bilməyib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, qəsəbə sakini, 1964-cü il təvəllüdlü Reyhan Məhərrəm qızı Quliyevanın səhhəti kəskin pisləşdiyi üçün yaşadığı ünvana həkim briqadası çağırılıb, lakin yolun keçilməzliyi səbəbilə Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) avtomobili çağırış olan əraziyə çata bilməyib.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər xəstəni xərəklə TTTYS-nin avtomobilinin olduğu əraziyə çatdıraraq həkim briqadasına təhvil veriblər.

AzNews.az