- Köhnə - Cəmiyyət
- 14 Avqust 2018 19:52
- 3 397
Gömrükdən kabel keçirtmək istədilər - Qanunsuz yolla (Fotolar + Video)
Gömrük orqanına bəyan olunmayan müxtəlif avadanlıqlar aşkar edilib.
Bu barədə AzNews.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyədən Azərbaycana idxal gömrük proseduru altında daxil olan yük avtomobili "HCVG vizual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib və bu zaman monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb.
Təkrar baxış zamanı nəqliyyat vasitəsindən gömrük orqanıına bəyan olunmayan 36 top müxtəlif ölçülü elektrik kabelləri, 9 qutu plastik kabel kanalları və 12 top elektrik izolyasiya boruları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.