Azərbaycanda bu ilin ilk 5 ayı ərzində evlənənlərin sayı ötən illərlə müqayisədə kəskin azalıb. Belə ki , 2018-ci ilin beş ayı ərzində qeydiyyat şöbələri tərəfindən 22089 nikah qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə nikahların sayı 23044 olub ki , bu da bu illə müqayisədə 555 nikah çoxdur. Azərbaycanda bu ilin ilk 5 ayı ərzində evlənənlərin sayı ötən illərlə müqayisədə kəskin azalıb. Belə ki , 2018-ci ilin beş ayı ərzində qeydiyyat şöbələri tərəfindən 22089 nikah qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə nikahların sayı 23044 olub ki , bu da bu illə müqayisədə 555 nikah çoxdur.

“Az qalmışdı toyumuza...” - Evlənənlərin sayının azalması barədə psixoloq rəyi

Azərbaycanda bu ilin ilk 5 ayı ərzində evlənənlərin sayı ötən illərlə müqayisədə kəskin azalıb. Belə ki , 2018-ci ilin beş ayı ərzində qeydiyyat şöbələri tərəfindən 22089 nikah qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə nikahların sayı 23044 olub ki , bu da bu illə müqayisədə 555 nikah çoxdur.

“Son günlərdə evliliklərin sayının keçən illərə nisbətən azalması ilə bağlı hesab edirəm ki, burada psixoloji, sosioloji faktorlar ilə yanaşı iqtisadi faktorlar da rol oynanır”- deyən psixoloq Aidə Səlim bu mövzuda AzNews.az-a açıqlama verib:

“Psixoloji faktorlardan, zənn edərsəm, bəzən dəyişiklik insanları evlilikdən çəkindirir. Buna görə psixoloq olaraq hər zaman vurğulayırıq ki, evlilik öncəsi tibbi müayinə qədər psixoloji müayinə də mütləqdir. İnsan birini sevə bilər, onunla birlikdə xoş vaxt keçirə bilər, lakin burda psixoloji və psixofizioloji uyğunlaşmanın olması da şərtdir. Həmçinin, evlilik barədə hər iki tərəfin “Mən evliliyə hazıram mı?” düşüncəsi, yəni, evlilik sonrası həyata nə dərəcədə hazır olması da məsələyə təsirsiz ötüşmür. Çalışdığım bir cütlük psixoloji seansların birində qeyd etmişdi ki, yoldaşı ilə məhz söhbət edə bildiyi üçün ailə həyatı qurub, yəni onlar bir-birini artıq düşüncə baxımından da tanıyır, birlikdə müzakirə edə biləcəyi ortaq mövzular da kifayət qədər var. Amma təəssüf hissi ilə qeyd etmək istərdim ki, sırf “evlilik olsun” deyə ailə həyatı qurub, sonradan bir-biri üçün hər mənada uyğun olmadıqlarını görüb ayrılan cütlüklər də az deyil. Boşanmalar da gənclərimizi evlilikdən uzaqlaşdırır. Evliliklərində daimi konflikt yaşayan cütlüklərin həmin gənclərə pis nümunə olması amili də qaçınılmazdır. Yaxud güzəran psixologiyasında yayılan məşhur “Subaylıq sultanlıqdır” ifadəsi. Təbii ki, sultanlığı tam olaraq dərk edib o zamandan faydalı şəkildə istifadə edən insan ailə həyatında da uğurlu və xoşbəxt ola bilər.

Ümumiyyətlə, insanlarda belə bir yanlış düşüncə var ki, ailə həyatı qurduqdan sonra əvvəlki sən olmayacaqsan, həyatın bütünlüklə dəyişəcək. Təbii ki dəyişikliklər baş verəcək, ancaq bu, hər iki tərəfin evliliyə olan münasibətindən bilavasitə asılıdır. Evliliyə “əlavə məsuliyyət” kimi deyil də, sadəcə sevdiyin insanla ortaq həyat kimi baxılmalıdır. Dünənə qədər tək yaşadığın həyatı, artıq ikili formada yaşayırsan.

İkinci faktor kimi, bəzən insanlar ailə həyatı qurduqdan sonra “azadlıq”larının əllərindən alınacağından ehtiyat edirlər. Subay ikən getdikləri məkanlar olsun, görüşdükləri insanlar olsun, iştirak etdikləri tədbirlər və s. bu kimi hallarda azalma müşahidə olunacaq, yaxud bunların heç birini edə bilməyəcəklər. Azadlığını itirmə qorxusu evlilikdən insanı uzaqlaşdıra bilir.

Üçüncü faktor olaraq , maddiyyat burda əsas rol oynayır. Yəni , ailə həyatı qurduqdan sonra xərclərin artması da bu məsələyə öz təsirini göstərir. Çünki evliliyə qədərki prosesdə o qədər əlavə xərclər çıxır ki, dost-tanışlarında bunu görən gənclər normal olaraq evlənmə prosesini bir az daha uzadır. Gənclərin bu cür davranmasını normal qarşılamaq olar, ancaq təəssüf ki əksər mövzularda olduğu kimi kənar təzyiqlər öz sözünü burda da deyir. Misal olaraq, cütlük sadə bir toy istəyir, valideynlər, qohumlar isə təbii ki əksini.

İnsan evliliyə həm psixoloji, həm də maddi baxımından özünü hazır hiss edəndə ailə həyatı qurmalıdır. Ola bilər ki, gəncin 24 yaşı var, ətrafına görə o, artıq “evlilik yaşı”ndadır, amma reallıq onu göstərir ki, həmin gənc özünü hal-hazırda evlilikdə görmür. Bu zaman ona əlavə təzyiqlər əks təsir də göstərə bilər. Valideynlər və qohumlar icazə verməlidir ki, gənclər özləri öz ayaqları üzərində dayanmağı bacarsınlar, daha sonra ailə həyatı qursunlar. Hətta humanistik psixologiyanın nümayəndəsi A.Maslonun “Tələbatlar piramidası”nda da özünü aktuallaşdırma əsas pillədir, yəni insan özünü tam olaraq dərk edə, özünü təsdiq etmədikcə digər mövzularda da müəyyən mənada problem yaşaya bilər. Bu, bilavasitə evliliyə də aiddir.”

Səidə NURMƏMMƏDLİ
AzNews.az