Avqustun 22-də islam dünyasında Qurban bayramıdır. Avqustun 22-də islam dünyasında Qurban bayramıdır.

Qurban əti necə paylanmalıdır? - Din xadiminin mövqeyi

Avqustun 22-də islam dünyasında Qurban bayramıdır.

Kənd Təsərrüfatı Nazirliyi Qurban bayramı ilə əlaqədar ciddi tədbirlər həyata keçirir.Nazirlikdən verilən məlumata görə, qurum bayramda ət kəsiminin həvalə edildiyi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə fəaliyyət göstərəcək.Nazirlik məlumat yayıb ki, tabeçiliyində olan təsərrüfatlardan imkan daxilində erkək heyvanların bazara çıxarılmasına, orada formalaşacaq işçi qrupunda nümayəndələrinin iştirakının təmin edilməsinə çalışacaq. Eyni zamanda , müəyyən iş adamlarına müraciət edilib ki, bayram ərəfəsində satışa sağlam heyvanlar çıxarılsın, antisanitariya qaydalarına nəzarət olunsun.

Demək olar ki , hər il Qurban bayramından sonra küçələrdə antisanitar vəziyyət yaranır.Aidiyyatı qurumların nəzarəti olmasına baxmayaraq, ətraf mühitin ciddi şəkildə çirklənməsinin şahidi oluruq və bu problem medianın gündəmində də ilk yerdə dayanır.

Bu və ya digər məsələlərlə bağlı Qafqaz Müsəlmanları idarəsinin bölgə üzrə dini icmasının sədri Rauf Sərdarov AzNews.az saytına açıqlama verib:

“Qurban kəsmək əslində həccdə vacibdir. Yəni, Məkkədə, həcc ziyarətində olan şəxs mütləq şəkildə qurban kəsməlidir. Digər şəxslər isə savab qazanmaqdan ötrü qurban kəsirlər. Qurban kəsən şəxs heyvanın sağlam olmasına, qarnında balasının olmamasına diqqət etməlidir. Çox vaxt heyvanı kəsəndən sonra qarnında balasının olduğunu görürlər. Bu özü də böyük günah sayılır. Qurban bayramından sonra küçələr, ət kəsilən yerlər antisanitar vəziyyətdə olur. Kəsilən qurbanın bəzi hissələrini elə kəsdikləri yerdə qoyurlar. Amma həmin heyvanın elə orqanları var ki, yeyilir. Bunları ehtiyacı olan insanlara versələr savab olar, nəinki, atmaqları. Bir də onu qeyd edimki, pay bölgüsü kimi 7 və ya 14 ailəyə qurbanlıq verilməlidir deyə bir şey yoxdur. Əsas məsələ verilən qurbanın bir ailəni doyuracaq qədər olmasıdır. Adətən bizdə, yəni , Azərbaycanda 5-10 nəfər yığışıb bir heyvan kəsib öz aralarında bölüşürlər. Amma onlar bununla savab qazanmış sayılmırlar.

Qurban kəsmək elə Allaha yaxınlıq deməkdir. “Təmizlik imandandır”,” təmizlik dinin yarısıdır”. Yox əgər sən o qurbanı kəsib ətrafı zibilləndirərək antisanitar hal yaradırsansa savab iş yox günah qazanmış olacaqsan. Çünki zibilləmək, çirkin etmək İslamın bəyənmədiyi bir şeydir. Əgər heyvan kəsilirsə onu qayda-qanunla kəsmək lazımdır. Bunun üçün müəyyən qurbangahlar , məscidlər var, hansı ki, orda öz qurbanlarını kəsməklə daha böyük savab etmiş olarlar. Yaxşı olar ki, qurbanları bu yerlərdə kəssinlər. Düşünə bilərlər ki, qurbanlıq heyvanın kim tərəfindən kəsilməsinin bir gunahı var. Xeyr,əsas olan odur ki, qurbanı kəsən şəxs müsəlman olsun.”

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi Azərbаycаn üfüqündə Zül-hiccə ayının hilalının görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccənin 10-na, Miladi təqvimlə 22 avqust tarixinə təsadüf edəcəyini bildirib və bayram münasibətilə iki gün dövlətimiz tərəfindən qeyri-iş günü elаn edilmişdir.

Səidə NURMƏMMƏDLİ
AzNews.az

image description