“Çox təəccüblü bir məsələ ilə qarşılaşdım. Mənə bir abituriyent müraciət edib. Deməli bu şəxs 596 bal toplayıb. Seçdiyi ixtisaslardan bir neçəsinə tələb olunan keçid balı keçsə də heç bir yerə qəbul olmayıb. Yəni, 15 illik təcrübəmdə belə şey görməmişəm. Elektron ərizəsində görünür ki, seçdiyi neçə yerin keçid balını keçib. Amma heç bir yerə daxil olmayıb. Deyəsən DİM sürüşdürüb.” “Çox təəccüblü bir məsələ ilə qarşılaşdım. Mənə bir abituriyent müraciət edib. Deməli bu şəxs 596 bal toplayıb. Seçdiyi ixtisaslardan bir neçəsinə tələb olunan keçid balı keçsə də heç bir yerə qəbul olmayıb. Yəni, 15 illik təcrübəmdə belə şey görməmişəm. Elektron ərizəsində görünür ki, seçdiyi neçə yerin keçid balını keçib. Amma heç bir yerə daxil olmayıb. Deyəsən DİM sürüşdürüb.”

596 bal topladı, qəbuldan kənarda qaldı? DİM: “O abituriyent əslində... ”

“Çox təəccüblü bir məsələ ilə qarşılaşdım. Mənə bir abituriyent müraciət edib. Deməli bu şəxs 596 bal toplayıb. Seçdiyi ixtisaslardan bir neçəsinə tələb olunan keçid balı keçsə də heç bir yerə qəbul olmayıb. Yəni, 15 illik təcrübəmdə belə şey görməmişəm. Elektron ərizəsində görünür ki, seçdiyi neçə yerin keçid balını keçib. Amma heç bir yerə daxil olmayıb. Deyəsən DİM sürüşdürüb.”

Bu qeydləri təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə paylaşıb.

Məsələni aydınlaşdırmaq üçün AzNews.az ​həmin abituriyentin- İbrahim Əsgərinin anası ilə əlaqə saxlayıb. Anası əməkdaşımıza deyib:

“Düzdür mənim oğlum o balla müsabiqəni keçməyib. Mən hazırda Dövlət İmtahan mərkəzinə gedirəm. Ona görə də heç bir söz deyə bilmərəm. Bizdə 596 bal toplanması ilə bağlı əlimizdə sübut var “

Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə isə bildirilib ki, sosial şəbəkədə paylaşılan məlumat həqiqəti əks etdirmir:

“Bu fotoşopdur. Həmin abituriyent o balı toplamayıb. Sadəcə olaraq özünü “təhsil eksperti” adlandıran müəyyən insanlar var ki, götürüb bu məlumatı paylaşıb. Həmin abituriyent aşağı bal toplayıb və ona görə də müsabiqədən keçməyib. Sadəcə olaraq o “skreen” olunmuş versiyada , yuxarı hissədə abituriyent balını daha yüksək göstərib. Abituriyent orda göstərilən 596 balı toplamayıb. Düzgün olan balı abituriyentin şəxsi məlumatı olduğu üçün mən sizə deyə bilmərəm. Mən təəssüf edirəm ki, saytlar bu məlumatı bizimlə dəqiqləşdirmədən yayır”.

Onu da qeyd edək ki, abituriyentin anası övladının 596 bal toplaması barədə sübutu redaksiyamıza təqdim etməkdən imtina edir.

Səidə,
AzNews.az

image description