Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçiriblər. Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçiriblər.

Ata-oğul İrandan ölkəmizə narkotik keçirməyə cəhd etdi

Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçiriblər.

AzNews.az DİN-ə istinadən xəbər verir ki, Astara RPŞ-yə rayonunun Şiyəkəran kənd sakinləri Habil Yusifov və oğlu Xaliq Yusifovun İranda əldə etdikləri külli miqdarda narkotik vasitələri ölkə ərazisinə keçirib satışı ilə məşğul olmaları barədə məlumat daxil olub.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində H.Yusifov və X.Yusifov Astara sərhəd gömrük keçid məntəqəsindən keçdikdən sonra Astara şəhəri Azərbaycan küçəsində saxlanılıb.

Həkim briqadası ilə birgə keçirilən baxış zamanı H. Yusifovun daxili orqanlarından gömrük nəzarətindən gizli yolla ölkə ərazisinə gətirdikləri 2 bükümdə ümumi çəkisi 50 qram olan narkotik vasitə heroin və 1 büküm də 11 ədəd metadon dərman preparatları aşkar edilərək götürülüb.

Faktla bağlı Astara RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.