Əvvəllər Azərbaycanda dini təhsil yalnız Bakı Dövlət Unversitetinin nəzdində fəaliyyət göstərən İlahiyyat fakültəsində tədris olunurdu. Artıq bu ilki tədris ilindən yeni təhsil müəsisəsi- Azərbaycan İlahiyyat İnstitutu fəaliyyətə başlayacaq. Əvvəllər Azərbaycanda dini təhsil yalnız Bakı Dövlət Unversitetinin nəzdində fəaliyyət göstərən İlahiyyat fakültəsində tədris olunurdu. Artıq bu ilki tədris ilindən yeni təhsil müəsisəsi- Azərbaycan İlahiyyat İnstitutu fəaliyyətə başlayacaq.

“İlahiyyat İnstitutu dini təhsili modernləşdirəcək” - Aqil Şirinov

Əvvəllər Azərbaycanda dini təhsil yalnız Bakı Dövlət Unversitetinin nəzdində fəaliyyət göstərən İlahiyyat fakültəsində tədris olunurdu. Artıq bu ilki tədris ilindən yeni təhsil müəsisəsi- Azərbaycan İlahiyyat İnstitutu fəaliyyətə başlayacaq.

İnstitutun proqramı, fakültələri, keçid balı haqda AzNews.az saytına ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov danışıb:

“Azərbaycan İlahiyyat İnstitutu prezidentin qərarı ilə yaradıldı. Bu da zərurətdən irəli gəlir. Çünki Azərbaycanda savadlı kadrlar yetişdirməyə, həm islam dinini, həm də digər dinləri dərindən öyrənməyə böyük ehtiyac var. İnstitutda əsas yönümdə iki ixtisas üzrə qəbul olacaq: birincisi dinşünaslıq, ikincisi islamşünaslıq. 35 yer islamşünaslıq, 25 yer isə dinşünaslıq üçün ayrılıb. İslamşünaslıq üzrə oxuyanlar üçün daha çox islam dininin tədrisinə yer ayrılacaq, islam dinini müxtəlif aspektlərdən öyrənilməsini təmin edən dərslər keçiriləcək. Bununla yanaşı digər dinlər haqda dərslər və ümumdünya, həmçinin sosialoji, psixoloji fənlər tədris olunacaq. Dinşünaslıq ixtisasında da islam dini keçiriləcək. Bu ixtisasda əsas üstünlük ibrahimi dinlərə, xristianlıq, yəhudilik və digər dinlərə veriləcək”.

Aqil Şirinov qeyd edib ki, institutda yeni tədris ilinə ciddi hazırlıq gedir: “Bizim instituta müraciət edən abituriyentlərin sayı digər ali məktəblərdən heç də az deyil. Bizim verdiyimiz təhsilin bir çox avantajları da var. Onlardan biri budur ki, bizdə xarici dillər də öyrədiləcək, yəni xüsusi kurslar təçkil olunacaq. Ən çox ərəb, ingilis və rus dilləri nəzərdə tutulub. Əsas məqsədimiz tam ixtisaslı kadr hazırlamaqdır . Onu da qeyd edim ki, İlahiyyat institutunu bitirən şəxslərin müxtəlif qurumlarda işə qəbuluna yardım ediləcək”.

Həmsöhbətimizin sözlərinə görə, bu ali məktəbə keçid balı olaraq islamşünaslıq ixtisası üzrə minimal 150, dinşünaslıq ixtisası üzrə isə 200 bal müəyyənləşdirilib: “Ümid edirik ki, qəbul olan abituriyentlərin göstəriciləri daha yüksək olacaq. Dərslərimiz bu sahədə yetərincə ixtisaslaşmış müəllimlərimiz tərəfindən keçiriləcək. Bu müəllimlərin demək olar ki, hamısı elmi dərəcəsi olmuş şəxslərdir. Bundan əlavə digər unversitetlərdə çalışan müəllimlərin də qonaq kimi dərslərimizə çağrılması planlaşdırır.”

Təhsil eksperti İlkin Həsənov da məsələ barədə saytımıza öz fikirlərini bildirib:

“Bu institutun yaranması o mənada təqdirəlayiq olacaq ki, insanlara dini doğru, dürüst çatdıracaq. Bütün dünyada belə bir təcrübə var. Bu təcrübə nəticədə dini mövhumatlıqdan, radikalizmdən uzaq tutur. Həm dünyəvi, həm dini görüşlü şəxslərin dinə tolerant yanaşmasına xidmət edir. Bu baxımdan həmin institutun yaradılması gözəl addımdır. Təhsil ocağının proqramı ilə bağlı tam məlumatım olsa, o zaman proqramın necəliyi, standartlara uyğun olub-olmadığı haqda əlavə nə isə deyə bilərəm. Mənə elə gəlir ki, burada ən başlıca amil müəllim heyətinin təhsilidir. Nəzərə almalıyıq ki, Azərbaycanda dindarların bir neçə qola şaxələnib. Bütövükdə, bu məsələ insanların maariflənməsi baxımından və nəyin necə olduğunu düzgün anlamaq üçün müsbət tədbir kimi qiymətləndirilə bilər.

Ekspert sözlərinə belə davam edib: “Bəzi tələbələrin ixtisas seçimi təhsil müəsisəsinin reklamından aslıdır. Bir çox abituriyentlərin aydın hədəfləri yoxdur. Elə bu institutun abituriyentlər tərəfindən seçilməsi də həmin təhsil müəsisəsinin gələcəkdəki vəziyyətindən aslıdır. Yəni oranı seçən şəxslər gələcəkdəki sosial statuslarını düşünməlidirlər. Azərbaycan əhalisinin 90 %-inin müsəlman olmasına baxmayaraq, dünyəvi dövlətdir. Ən azından bir neçə il lazımdır ki, cəmiyyət Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətini, abituriyentləri necə yetişdirdiyini görsün”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılması haqda qərar qəbul edilib.

Səidə NURMƏMMƏDLİ
AzNews.az

image description