“Qurban ətini dərhal bişirmək və yemək risklidir”. “Qurban ətini dərhal bişirmək və yemək risklidir”.

Qurban ətindəki “Rigor Mortis” maddəsi axırınıza çıxa bilər

“Qurban ətini dərhal bişirmək və yemək risklidir”.

AzNews.az bildirir ki, bu barədə Türkiyənin məşhur qidalanma və dieta uzmanı Ece Tekün açıqlama verib. Həkimin sözlərinə görə, müsəlmanların müqəddəs qurban bayramında kəsilən heyvanın əti bir gün saxlanılmalı, ondan sonra bişirilməlidir:

“Qurban ətində bütün yeni kəsilən heyvanlarda olduğu kimi “Rigor Mortis” deyilən maddə yaranır. Ətin həmin maddə ilə birlikdə bişirilməsi insan orqanizmi üçün olduqca təhlükəlidir. Xüsusən ürəyində, böyrəyində problem olanlar, şəkərdən əziyyət çəkənlər ciddi fəsadlarla qarşılaşa bilərlər. Həmin maddənin zərərsizləşməsi üçün ət bir gün soyuq yerdə saxlanılmalıdır”.

Çormağan,

AzNews.az