Bu günlərdə Goranboy rayonunun Faxralı kəndində yaş köküstə 32-24 sm diametrliyində 2 söyüd ağacının qanunsuz kəsildiyi aşkar olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacı kəsən şəxsi 2000 manat məbləğində cərimələyib. Bu günlərdə Goranboy rayonunun Faxralı kəndində yaş köküstə 32-24 sm diametrliyində 2 söyüd ağacının qanunsuz kəsildiyi aşkar olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacı kəsən şəxsi 2000 manat məbləğində cərimələyib.

“Fermalar meşələrdən çıxarılmalıdır” - Ekoloq həyəcan təbili çaldı

Bu günlərdə Goranboy rayonunun Faxralı kəndində yaş köküstə 32-24 sm diametrliyində 2 söyüd ağacının qanunsuz kəsildiyi aşkar olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacı kəsən şəxsi 2000 manat məbləğində cərimələyib.

Lakin bu il ərzində baş verən yeganə hal deyil.Bu ilin fevral ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii sərvətlər şöbəsi nəzarət etdiyi Lənkəran, Lerik, Masallı, Astara, Cəlilabad rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyq keçirib. Reyd zamanı Lənkəran rayonu Sinvoli kəndi ərazisində , Osaküçə bələdiyyəsinin mülkiyyətinə məxsus torpaq sahəsində yaşköküstə 4-30 sm diametrliyində 69 ədəd müxtəlif cinsli ağacın kəsildiyi aşkar edilib. Araşdırma zamanı ağacların Lənkəran rayonu Sinvoli kəndində yaşayan Daşqın Mehrəliyev tərəfindən kəsildiyi və təbiətə 8600 manat məbləğində ziyan dəydiyi məlum olub.

Həmçinin may ayında Lənkəranda 229 ağacın kəsilməsi və təbiətə 9209.33 manat məbləğində ziyan vurulması meşə zolağına öz ciddi təsirini göstərib.

Yaşıllıq zolaqlarının qırılması, bu problemin qarşısının alınmasında hansı tədbirlərin görülməsi ilə bağlı Aznews.az saytı Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Xosrov Musayev ilə əlaqə saxlayıb:

“Yaşıllığın məhv olmasının əsas səbəbi meşələrdə olan fermalardır. Mütləq şəkildə ferma təsərrüfatlarının meşələrdə olmasının qarşısı alınmalıdır. bu məsələ 70-80-ci illərdən bəri gündəmə gətirilib. Bu fermalarda saxlanılan heyvanlar meşənin birinci düşmənidir. Çox təssüflər olsun ki, insanların laqeydliyi nəticəsində o meşələr qırılır. Onu da qeyd edim ki, Azərbaycan dünyada az meşə örtüyü olan siyahıya daxildir.Belə ki, dünya göstəricisində 4-5 dəfə aşağıdır.Baxmayaraq ki, son dövrlər bu sahəyə diqqət artsa da, hazırda yaşıllıq sahəsi Azərbaycanın cəmi 11,4%-i təşkil edir. Əvvəki illərdə isə bu göstərici 25-30 % idi.

2017-ci ildə “Evimiz yaşıl olsun”adlı bir layihə həyata keçirdik. Layihə ekoloji problemin qloballığı, doğma vətənimiz Azərbaycanın və eləcə də Bərdə rayonunun təbiəti və ekoloji problemləri haqqında idi. Layihədə əsasən Kür ətrafı boyu yaşıllığın qorunması probleminə dair məsələlərə toxunuldu. Demək olar ki, burada meşə zolağı tamamilə pozulub. Vaxtilə orda olan qovaq ağacları yox dərəcəsinə enib, palıq ağaclarında seyrəlmə var. Hazırda burada daha çox kolluqlar yayılıb ki, bunların da əksəriyyəti nar və qaragilədir.
Ağaclar təkcə insanlar üçün deyil, həm də fauna aləminə çox vacibdir. Yaşıllığın məhv olması orda olan bütün canlıların məhv olması deməkdir. Mən Bərdə rayonunun Qılınclı kəndində olanda dəhşətə gəldim. Meşə zolağından əsər-əlamət yoxdu. Demək olar ki, burada bitki örtüyünə ancaq kol-kos daxildir.

Bu ekoloji vəziyyətin qarşısının alınmasında cərimələnmə çıxış yolu deyil. Bunun iki yolu var: Birincisi bayaq qeyd etdiyim kimi meşə zolaqlarından fermaların tamamilə çıxarılıb, yerinə qoruqların salınması; ikincisi insanlar arasında bu yöndə maarifləndirici tədbirlərin keçirilməsi.

Azərbaycan quraqlıq ərazidə yerləşir. Biz ağacları qırmaq əvəzinə meşə zolaqları salmalıyıq ki, iqlimi tənzimləyə bilək.”

Səidə,
AzNews.az