“Ümumiyyətlə, imtahana hazırlaşmamışdım. Hazırlıqsız sənəd verdim və qəbul olundum”. “Ümumiyyətlə, imtahana hazırlaşmamışdım. Hazırlıqsız sənəd verdim və qəbul olundum”.

Oğlu ilə birlikdə tələbə adını qazanan müəllimə: “Magistraturaya da...” - ÖZƏL

“Ümumiyyətlə, imtahana hazırlaşmamışdım. Hazırlıqsız sənəd verdim və qəbul olundum”.

Bunu AzNews.az-a açıqlamasında oğlu ilə birlikdə ali məktəbə qəbul olunan 328 saylı məktəbdə ibtidai sinif müəllimi işləyən və Azərbaycan Kooperasiya Universitetinin İngilis dili fakültəsinə qəbul olunan Kifayət Cabbarova deyib. Onun sözlərinə görə, oğlu Hüseyn Cabbarlını ali məktəbə keçirilən imtahanda tək qoymaq istəməyib:

“Açığı ingilis-dilinə böyük marağım var. İstəyirdim ki, ingilis dilində təhsil alım. Eyni zamanda oğlum da bu il ali

məktəbə imtahan verəcəkdi. Düşündüm ki, onu tək qoymayım, imtahana onunla birgə gedim. Xüsusi olaraq ali məktəblərə keçirilən imtahana hazırlaşmamışıq. Ancaq orta məktəb proqramı əsasında hazırlaşdıq”.

Kifayət Cabbarova üçüncü dəfə də təhsil almaq arzusunda olduğunu bildirib: “4 il oxuyub, təhsilimi başa vuran kimi magistraturaya da qəbul olunmaq fikirim var”.

Bahar RÜSTƏMLİ
AzNews.az