Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Mənəvi dəyərlərin təbliği və dini icmalar” mövzusunda konfrans keçirilib. Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Mənəvi dəyərlərin təbliği və dini icmalar” mövzusunda konfrans keçirilib.

“Mənəvi dəyərlərin çatdırılmasında dini icmaların rolu önəmlidir” - Komitə sədri

Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Mənəvi dəyərlərin təbliği və dini icmalar” mövzusunda konfrans keçirilib.

AzNews.az xəbər verir ki, tədbirdə komitə rəhbərliyi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəsmiləri, ölkədə fəaliyyət göstərən dini konfessiya rəhbərləri, media təmsilçiləri, həmçinin dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açmış DQİDK sədri Mübariz Qurbanlı milli-mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində həyata keçirilən ardıcıl işlərdən bəhs edib. O, qeyd edib ki, ulu öndərin dövlət-din münasibətləri sahəsində qoyduğu siyasətin onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla aparılmasının nəticəsində respublikada milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir.
M.Qurbanlı mənəvi dəyərlərin qorunaraq sonrakı nəsillərə çatdırılmasında cəmiyyətin bütün üzvləri ilə yanaşı, dini icmaların rolu və öhdəliklərinin önəmini də vurğulayıb. Komitə sədri Qurban bayramı münasibətilə təbriklərini də dilə gətirib.

Daha sonra QMİ-nin sədr müavini Qəmər xanım Cavadlı, “Səs” Media Qrupunun rəhbəri, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü Bəhruz Quliyev, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri, fəl.e.d., prof. Sakit Hüseynov, Rus-Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov mövzu ilə bağlı çıxış ediblər.

Nümayəndələrin çıxışlarından sonra konfrans müzakirələrlə davam edib.

Nurlan AĞA
AzNews.az

image description image description image description