23:03
(077) 610-22-33

Bakıda velopark istifadəyə veriləcək

  • >
368 29 Mart 2013 15:43 | Cəmiyyət

Aprel ayının ortalarında Bakıda velopark istifadəyə veriləcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, hazırda velopark Şıxovda tikilir və parkın yarısı aprelin ortalarına qədər istifadəyə veriləcək.

Ələkbərov deyib ki, hazırda orada tikinti-quruculuq işləri aparılır və asfalt örtüyü çəklib. Ərazidə 20 minə yaxın ağac əkilib. Gələcəkdə parkda Bakı sakinlərinin istirahəti üçün şərait yaradılması da nəzərdə tutulub. İnsanlar parkda istirahət edə biləcəklər.

Ələkbərov, həmçinin Bakıda velosiped idmanı üçün infrastrukturun lazımi səviyyədə olmadığını bildirib və vurğulayıb ki, velosipedlərin hərəkəti üçün şəhərdə yollar nəzərdə tutulmayıb. Bunun üçün müvafiq qurumlara müraciət edilib. Bundan əlavə, hazırda velosiped idmanı üçün velotrek təmir olunur və yay aylarında istifadəyə verilməsi nəzərdə tutulur.

AzNews.az
Bağla X