Bu gün vəfat edən jurnalist Nigar İsmayılqızı artıq dəfn olunub. Bu gün vəfat edən jurnalist Nigar İsmayılqızı artıq dəfn olunub.

Nigar İsmayılqızı dəfn edildi- Şabranda

Bu gün vəfat edən jurnalist Nigar İsmayılqızı artıq dəfn olunub.

Bu barədə AzNews.az-a jurnalist Əlişir Əhəd məlumat verib. O bildirib ki, Nigar bir neçə saat əvvəl Şabranda, atasının yanında dəfn olunub.

Əlişir Əhədin sözlərinə görə Nigar İsmayılqızı Bakıda, Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alıb: “Təxminən bir ay əvvəl Bakıya məzuniyyətə gəlmişdi. Dişlərini müalicə etdirmək istəyirdi, dişini çəkdirəndən sonra səhhətində problem yarandı. Təkid etdik ki, müayinə olunsun. Müayinə nəticəsində qan xərçəngi aşkarlandı. Bundan sonra Türkiyəyə yollandı, üç gün İstanbulda qaldı. Orda Nigarın müalicəsi üçün həkimlər 150 min türk lirəsi istədilər. Təbii ki, Nigarda bu qədər vəsait yox idi. Ona görə də sentyabrın 9-da Bakıya qayıtdı.

Həkimlər ümid olmadığını demişdilər. Biz yaxınları, dostları vəziyyətinin ağır olduğunu bilirdik. Amma özünün bundan xəbəri yox idi. Xəstəliyinin ictimailəşdirilməsini istəmirdi. Deyirdi ki, yaddaşlarda solğun, xəstəhal şəkildə qalmaq istəmir”.

Allah rəhmət eləsin.