Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində “Xəzərimizi qoruyaq !” şüarı altında təmizlik aksiyası keçirilib. Bakcell, Coca-Cola, Paşa Bank və digər şirkət və qurumların təşkilatçılığı ilə həyata keçirilən aksiya bu dəfə Bilgəh çimərliyində baş tutub. Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində “Xəzərimizi qoruyaq !” şüarı altında təmizlik aksiyası keçirilib. Bakcell, Coca-Cola, Paşa Bank və digər şirkət və qurumların təşkilatçılığı ilə həyata keçirilən aksiya bu dəfə Bilgəh çimərliyində baş tutub.

“Xəzərimizi qoruyaq”- Bakcelldən növbəti aksiya

Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində “Xəzərimizi qoruyaq !” şüarı altında təmizlik aksiyası keçirilib. Bakcell, Coca-Cola, Paşa Bank və digər şirkət və qurumların təşkilatçılığı ilə həyata keçirilən aksiya bu dəfə Bilgəh çimərliyində baş tutub.

Aznews.az portalının əməkdaşı da “Xəzərimizi qoruyaq” şüarını əsas götürüb aksiyaya qoşulub.

Məlumat üçün bildirək ki, aksiyanın partnyorları sırasında "ASAN Radio", "Xəzər TV", "AzEkol", AFFA, "Alliance Asisst Group", "Toyota" Bakı Mərkəzi, "Entreé" kafelər şəbəkəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası da yer alıb.
Könüllü iştirakçılarla yanaşı təşkilatçılar da qızmar günəşə əhəmiyyət vermədən, xüsusi köynəklərini və əlcəklərini geyinib təmizlik işlərində iştirak edirdilər.

Əvvəlcə, “Bakcell” şirkətinin PR və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərovaya yaxınlaşırıq. Aksiyanın məqsədi haqqında məlumat verən şirkət sözçüsü bildirdi ki, Bakcell şirkəti 2014-cü ildən bu təşəbbüsə təşəbbüsə qoşulan ilk şirkətlərdən biridir: “Sahilyanı ərazilərin çirkləndirilməsi və zibillənməsi müasir dövrün ən aktual, ekoloji problemlərindən biri hesab olunur.

Belə ki, sahillərdə təmizliyə riayət olunmaması, sanitar problemlərlə yanaşı, dənizin, ətraf mühitin, eləcə də onun flora və faunasının zərər çəkməsinə səbəb olur. Təəssüf ki, qeyd olunan problem bütün dünyada olduğu kimi, ölkəmizdə də müşahidə olunmaqdadır. Çimərlik mövsümündə Xəzər sahillərinin ziyarətçilər tərəfindən zibillənməsi bir çox ağır fəsadlara yol açır. Məsələnin aktuallığını nəzərə alıb aksiyaya qoşulduq.

Tədbirin məqsədi çimərlik ərazilərindəki tullantıların toplanması, gənclərin təbiətin təmiz saxlanılmasına cəlb olunması, eyni zamanda insanları ətrafı zibilləməməyə çağırmaqdır”.

Aksiyada diqqətimizi çəkən xüsusi məqam ondan ibarət idi ki, iştirakçılar bütün sanitar normalara cavab verən ləvazimatlarla təchiz olunub. Həmçinin, aksiyada tullantılar çeşidlənərək yığılıb.

“Coca-Cola”nın region üzrə ictimaiyyətlə əlaqələr meneceri Elşad Fərzəliyev bildirdi ki, bu il ötən illərlə müqayisədə aksiyayaya cəlb olunan könüllü gənclərin sayı olduqca çoxdur. Maraqlısı isə odur ki, bu il könüllülər arasında əcnəbi qonaqlar da var.

#Xəzəriqoruyaq şüarı altında Bilgəh çimərliyində keçirilmiş aksiyaya maksimum sayda iştirakçı cəlb olunub. 600-dən artıq insan sahilyanı ərazini 5 tona yaxın tullantıdan təmizləyib.

Qeyd edək ki, Azərbaycanda son 9 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 40 hektara yaxın ərazisi təxminən 32 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq məlumatlar "Ocean Concervancy" beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.

Nərgiz SOLTAN

AzNews.az