“Efir üçün çox darıxmışdım”. “Efir üçün çox darıxmışdım”.

Anar Nəcəfli: “Efir üçün darıxmışdım”

“Efir üçün çox darıxmışdım”.

Bunu AzNews.az-a ARB telekanalının “Xəbərlər” proqramının aparıcı təyin olunan Anar Nəcəfli bildirib.

“Nə qədər ki, cavanıq, enerjimiz var, bundan istifadə etməliyik. Düzdür, mənə bir qədər çətin olacaq. Həm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində, həm də efirdə olmaq məsuliyyət tələb edir. Əlimizdən başqa iş gəlmir ki, gedib onunla məşqul olaq. Bir dəfə efirdə olan yenidən orada olmaq istəyir. Kim desə ki, istəmir, yalan deyir”.

Anar Nəcəfli efirin ona məşhurluq gətirdiyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli ARB telekanalının “Xəbərlər” proqramına aparıcı təyin edilib.

Bahar RÜSTƏMLİ
AzNews.az