Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsinin müalicə–profilaktika müəssisələrində vakant həkim vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsinin müalicə–profilaktika müəssisələrində vakant həkim vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Daxili İşlər Nazirliyində işləmək istəyənlərin nəzərinə

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsinin müalicə–profilaktika müəssisələrində vakant həkim vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a bildiriblər ki, müsabiqədə dövlət ali təhsil müəssisələrində narkoloq, uroloq, otolorinqoloq, travmatoloq, psixonevroloq, neyrocərrah və provizor ixtisası almış, tibb və təhsil müəssisələrində həmin ixtisas üzrə rezidentura keçmiş, ixtisas üzrə azı 5 il praktiki təcrübəyə malik, yaşı 35-dən yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə qaliblərinə müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil edilərək ilkin olaraq 500 manat aylıq təminat xərcliyi, eləcə də göstərdiyi pullu xidmətə görə əlavə pul vəsaiti ödəniləcək, habelə onların qanunvericiliklə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaq.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2018-ci il sentyabrın 15-dən oktyabrın 15-dək http://www.mia.gov.az/index.php?/az/content/29942 ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin medical@mia.gov.az elektron ünvanına göndərməlidirlər.

Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak etmək üçün dəvət edilən namizədlər bu sənədləri təqdim etməlidirlər: şəxsiyyət vəsiqəsi, ali təhsil haqqında diplom, hərbi bilet (kişilər üçün), əmək kitabçasının surəti.

Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590-20-59, (012) 590-20-94.

AzNews.az