Ağır iş rejimi və stress kimi faktorlar yaddaşımıza mənfi təsir edir. Son dövrlərdə yaddaşsızlıq problem yaşayır və çox şeyi unudursunuzsa, deməli gündəlik qidalanmada hansısa səhvə yol verirsiniz. Ağır iş rejimi və stress kimi faktorlar yaddaşımıza mənfi təsir edir. Son dövrlərdə yaddaşsızlıq problem yaşayır və çox şeyi unudursunuzsa, deməli gündəlik qidalanmada hansısa səhvə yol verirsiniz.

Yaddaşımızı qorumaq üçün nələr yeməliyik? - siyahı

Ağır iş rejimi və stress kimi faktorlar yaddaşımıza mənfi təsir edir. Son dövrlərdə yaddaşsızlıq problem yaşayır və çox şeyi unudursunuzsa, deməli gündəlik qidalanmada hansısa səhvə yol verirsiniz.

AzNews.az yaddaş artıran qidaları təqdim edir:

Qara üzüm

Qara üzüm həm qan artırır, həm də bədəndəki dəmir çatışmazlığını aradan qaldırır. Bununla yanaşı, qara üzüm həm də yaddaş problemləri üçün əvəzolunmaz seçimdir. Gün əzrində bir ovuc qara üzüm yesəniz, yaddaşınızda yaxşılaşmanın şahidi olacaqsınız.

2 dilim ananas

Ananas antioksidant, C vitamini ilə zəngindir. Bu meyvə bədəndəki su balansını qoruduğu üçün yaddaşa xeyirli meyvələrdən sayılır. Gün ərzində 2 dilim ananas yeməklə fərqi özünüz də hiss edə bilərsiniz. Əgər əzbərləməli olduğunu dərsiniz varsa, ananas yeyib elə əzbərləməyə başlayın.

Yumurta

Hər səhər bir ədəd qaynadılmış və ya qızardılmış yumurta yeməklə yaddaş probleminizi aradan qaldıra bilərsiniz. Yumurtanın tərkiibindəki protein ana südündəki proteinlə demək olar ki, bərabərdir. Buna görə də yaddaş artırma funksiyasına malikdir.

Balıq və qoz

Tərkibində omega 3-6 yağ turşuları olan balıq və qoz qida rasionunuzda mütləq yer almalıdır. Gün ərzində 4-6 ədəd qoz yeyərək yaddaş problemlərinizi aradan qaldıra bilərsiniz. Həftədə 2-3 dəfə balıq yeyərək protein bazanızı artırmış olarsınız.

Yer fıstığı

Daimi və sağlam şəkildə qəbul edildiyi zaman bir çox xəstəliyin qarşısını almaqla yanaşı, həm də beyninizin inkişaf etməsinə kömək ola bilər. Gün əzrində 1 ovuc yer fıstığı yemək beyin və yaddaş üçün olduqca faydalıdır.

Nigar CƏFƏR

AzNews.az