Nəyə görə 4 xidməti avtomaşın M.Quliyevin şəxsi istifadəsinə ayrılıb? Nəyə görə 4 xidməti avtomaşın M.Quliyevin şəxsi istifadəsinə ayrılıb?

Nazir müavini haqqında hamını heyrətləndirəcək yazı

Nəyə görə 4 xidməti avtomaşın M.Quliyevin şəxsi istifadəsinə ayrılıb?



Son zamanlar Ədliyyə Nəzirliyinin Penitensiar Xidmətində baş verən neqativ hallarla bağlı şikayətlərin ardı-arası kəsilmir.

Bununla bağlı AzNews.az saytı olaraq bir müddət öncə özündə konkret faktları əks etdirən yazı da yayımlamışdıq. Bu günlərdə isə "Gündəm-xəbər" qəzeti bu mövzunu yenidən gündəmə gətirərək maraqlı məqamların üzərinə işıq salmağa çalışıb. Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq, həmin məqaləni dərc edirik.

"Mədət Quliyev Respublikada aparılan islahat işlərini sözlə dəstəkləyir, bu barədə müşavirələr keçirir və protokollar tərtib edir. Əfsuslar olsun ki, M.Quliyevin sözləri, əməlləri ilə heç də uyğunlaşmır. Hətta müşavirələrdə bir sira əməkdaşları günahlandıraraq bildirir ki, belə qanunsuz iş fəaliyyətindən xəbəri olmayıb. Əməkdaşlar bu barədə onu məlumatlandırmır"

Belə olan halda, rəhbərlik etdiyi xidmət sahəsində baş verən və davam edən qanunsuz əməllərdən xəbəri olmayan general-leytenant və Milli Qəhrəman iki il ərzində nə işlə məşğuldur? Qeyd olunan müddətdə Ədliyyə Nazirinin müavini M.Quliyev Penitensiar sahəsində yeni gəlir mənbəyi axtarır və buna nail olur. Həqiqətən də M.Quliyev bilavasitə və şəxsən heç bir əməkdaşdan, məhkumdan və ya "kənar şəxsdən" pul almır. Axı, general-leytenanta, Milli Qəhrəmana pul yığmaq ayıbdır! Məhz buna görə M.Quliyev özünə sadiq dəstə seçərək qara və çirkli pulların yığılmasını müəyyən olunmuş istiqamətdə, qaydada və konkret şəxslərlə həyata keçirir:

- 1-ci istiqamət: Əməliyyat-rejim idarəsinin rəisi İmran Tağızadə müəssisələrdə əməkdaşların vəzifəyə pullu təyinatı, məhkumların pullu bölgüsü, pulla imtiyazlı şəraitdə saxlanılması, kalon rəisindən, aylıq pulların yığılması, müəssisələrdə sifarişlə məhkumun incidilməsi və ya əməkdaşın vəzifədən çıxarılması işlərinə rəhbərlik edir.

- 2-ci istiqamət: Penitensiar xidmətə dövlət büdcəsindən ayrılan pulların mənimsənilməsinə yönəldilib. Bu işlərə M.Quliyevin yaxın dostu, Oktay adlı bir vətəndaş rəhbərlik edir. Vətəndaş Oktaya dövlət pulunun mənimsənilməsində M.Quliyevin müavini polkovnik Nizaməddin Cəlilov və baş mühasib polkovnik Hüseynağa Kazımov fəal köməklik göstərirlər. N.Cəlilov kalon rəisi ilə birgə həmin kalonda təmir işlərinin aparılmasını planlaşdırır. Oktay həmin işə başlayır və ya bir hissəsini həyata keçirir, əsas iş isə kalon rəisi tərəfindən görülür. Görülmüş işlər barədə kalon rəisi akt tərtib edir ki, guya bütün bu işləri vətəndaş Oktayın firması görüb. Bu akt əsasında Oktayın rəhbərlik etdiyi firmaya Penitensiar xidmət pul köçürür. 2011-2012-ci illər 17-ci kalonda rəis tərəfindən aparılmış təmir işlərinə görə-dam örtüyünün bağlanmasına, korpusda işlərin aparılmasına yaxşı pul köçürülürdü, Eyni zamanda kalonun həyətinə tökülmüş 2 maşın afalta görə 44 min, kafel işlərinə görə 34 min pul Oktay müəllimə verilib. Oktay müəllim belə təmir işlərini Bakı şəhərii ətrafında yerləşən bütün türmələrdə görüb və görür. Ən maraqlısı odur ki, 19.06.2012-ci il tarixdə Qaradağ rayonu ərazisində baş vermiş təbii fəlakət nəticəsində 12-ci kalonun hasarının bir hissəsi dağılmış və həmin gün hasar bərpa olunmuşdur. Hasarın bərpa olunmasında əsas işləri-material və s. kalon rəisi tərəfindən alınmış, əsgər və əməkdaşlar Oktay müəllimin dülgərlərinə fəal köməklik etmişlər. Bu faktla əlaqədar Respublikanın FHN-ni tərəfindən ayrılan pullar Oktay müəllimin şirkətinə verildi. Maraqlıdır, görəsən xidmət rəhbərinin bu faktlardan xəbəri yoxdur? Vətəndaş Oktay müəllim bu pulları kiminlə bölüşür? Əmin ola bilərsiniz ki, Nizaməddin Cəlilov və Hüseynağa Kazımov ancaq və ancaq pulların köçürülməsində iştirak edirlər.

Bəli, vətəndaş Oktay müəllimin rəhbərliyi ilə Baş İdarəyə və həbsxanalara texniki avadanlıqlar alınır. 2012-ci ildə Penitensiar xidmətdə 60-dan artıq xidməti maşın alındı. Eyni zamanda maraqlı olardı bilmək nəyə görə 4 xidməti avtomaşın M.Quliyevin şəxsi istifadəsinə ayrılıb?

Son zamanlarda M.Quliyevin yaxın adamları sırasında Bakı istintaq təcridxanasının rəis vəzifəsini icra edən ədliyyə polkovniki Azər Seyidov qəbul olunub. Ona görə ki, qısa müddət ərzində A.Seyidov müəssisədə yeni gəlir mənbəyi aşkar etməklə qiymətləri qaldıraraq, M.Quliyevin aylıq pulunu artırdı, istənilən sifarişi məmnuniyyətlə yerinə yetirərək nazir müavininin etimadını doğrultdu.

Məsələn, əvvəllər kamerada istifadə olunan qızdırıcıya görə məhbus aylıq 50 manat verirdisə, hazırda 100 manat pul alınır.Məhbuslara qanuni sovqatın verilməsinə görə ayda 5-7 manat alınırdısa, hazırda 10-15 manat pul alınır. Təssərrüfat briqadasında qalmaq üçün 500-1000 manat pul alınır və hər məhkum ən azı 100 manat aylıq verir. Korpusda kamera qapısının dəhliz pəncərəsinin açıq saxlanmasına 15-25 manat, məhbusla görüşə 200 manat pul alınır. Hər gün ən azı 10 məhbus görüşü olur. Məhbusa gətirilən pul sovqatı qəbul edən əməkdaş vasitəsilə çatdırılır. Həmin əməkdaş məhkuma verilən 50 manat puldan 10 manat, 100 manat puldan 30 manat özünə götürür.
Polkovnik Azər Hüseynov İmran Tağızadənin göstərişi əsasında "Oğru Quli"nin sifarişi ilə "Oğru Rövşən Lənkəranski"nin tərəfdarlarını incidir, onlara yersiz töhmət verir, kameralarını dəyişdirir və s. Ola bilməz ki, M.Quliyevin bundan xəbəri yoxdur. İnanmıram ki, 11-ci kalona yeni təyin olunmuş Rasim Bayramovun təyinatına görə 60.000 manat pul alınmasından onun xəbəri yoxdur. M.Quliyev yaxşı bilir ki, Qobustan türməsində rəis müavinləri- Vüqar Mahmudov və Namiq Əliyev həmin türmədə cəzaçəkən məhbus Şəmsinin sifarişi əsasında vəzifədən azad olundular. Az sonra N.Əliyev Ədliyyə Orqanlarından işdən azad olundu.

Bir sözlə, türmələrdə rəislərin və rəis müavinlərinin təyinatı zamanı həmin əməkdaşların peşə səviyyəsi deyil, onların müxtəlif yollarla pul qazanmaq, qanunsuz sifarişləri yerinə yetirmək, müəssisədə narkotik vasitələrin satışını təşkil etmək, çirkli əməllərlə məşğul olmağa meyilli olmaları nəzərə alınaraq, pulla vəzifəyə təyin olurlar. 11-ci kalona yeni təyin olunmuş rəis Rasim Bayramov qısa bir müddətdə müəssisədə narkotik maddələrin satışını təşkil etdi. Həmişə olduğu kimi bu işdə rəisin yaxın adamı-məhbus Alik türmədə narkotik maddənin satışına rəhbərlik edir, məhbus və əməkdaşlar arasında hörmətli şəxs kimi tanınır.
M.Quliyevin təcrübəli müəssisə rəislərinin rəhbərliyi altında müəssisələrdə yaradılmış imtiyazlı şəraitdə yaşayan şəhkumlar türmə kafelərində qidalanır, yatır, duş qəbul edir, mobil telefondan və narkotik vasitələrdən istifadə edirlər. Belə türmələrin sırasında 1, 2, 6, 7, 11, 13-cü türmələr, Qobustan türməsi, Müalicə müəssisəsi və Bakı istintaq təcridxanası daha aşkar seçilir.

AzNews.az