“Xatirənin bu qərarı bizim üçün gözlənilməz oldu”. “Xatirənin bu qərarı bizim üçün gözlənilməz oldu”.

“Xatirə təkid elədi ki...” – Şəhid atası

“Xatirənin bu qərarı bizim üçün gözlənilməz oldu”.

Bunu AzNews.az-a açıqlamasında aprel şəhidinin atası Arif Orucov müğənni Xatirə İslamın Müşfüq Orucovun adına bulaq çəkdirəcəyi vədinə münasibət bildirərkən O, sənətçiyə ailəsi adından təşəkkür edib:

“Xatirə İslam iki ay əvvəl bizə qəlmişdi. İki-üç gün əvvəl isə bizə konsertdə iştirakımızla bağlı 10 dəvətnamə göndərdi. Biz də ailəlikcə getdik. Konsertin sonunda Müşfiq haqqında videoçarx nümayiş olundu. Qəfildən də bizi səhnəyə dəvət edib Müşfiqin adına bulaq çəkdirməsini elan elədi. Çox təsirləndik, bilmədim neyləyəm. Xatirənin böyük ürəyi var. Biz konsertdə bildirdik ki, Müşfiqin doğum günündə onu belə yada salmaq bizim üçün bəsdir. Amma Xatirə təkid elədi, dedi ki, bu qonarar bizim üçündü, bulaq tikilər, yadigar qalar. Çox sevindik”.

Arif Orucov qeyd edib ki, Müşfiq Orucovun adını əbədiləşdirəcək bulağın yeri hələ müəyyənləşməyib:
“Qəbiristanlığa gedən bir yol var. Adamların sıx gediş-gəliş yoludur. İstəyirik ki, orda qoyulsun, oradan çıxanlar da əlini-üzünü yusun. Amma bu son qərar deyil”.

Qeyd edək ki, müğənni Xatirə İslam sentyabrın 18-də “Yaşıl” teatrda keçirdiyi konsertdən əldə olunan vəsaitdən aprel şəhidi Müşfiq Orucovun adına bulaq çəkdirəcəyini elan edib.

Bahar RÜSTƏMLİ
AzNews.az