Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki 2 saylı tam orta məktəb direktorla müəllimlər arasında baş verən qalmaqala aydınlıq gətirib. Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki 2 saylı tam orta məktəb direktorla müəllimlər arasında baş verən qalmaqala aydınlıq gətirib.

Qalmaqal baş verən məktəbin direktoru nazirliyə çağırıldı - “İzahat alınıb”

Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki 2 saylı tam orta məktəb direktorla müəllimlər arasında baş verən qalmaqala aydınlıq gətirib.

AzNews.az 2 saylı orta məktəblə əlaqə saxlayıb. Məktəbdən direktor Leyla İsmayılovanın hazırda işdə olmadığı bildirilib: “Nazirlikdədir, biz də onsuz heç bir məlumat verə bilmərik”.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə mətbuata açıqlamasında məsələ ilə bağlı araşdırma aparıldığını deyib: “Məsələ araşdırılır. Məktəbin direktoru nazirliyə dəvət edilib və ondan izahat alınıb. Əlavə məlumat araşdırma başa çatandan sonra veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə məktəbdə direktorla bir neçə müəllimin əlbəyaxa olduğu video yayılıb. Videogörüntünün həmin məktəbdə çəkildiyi, məktəb direktorunun Leyla İsmayılova olduğu bildirilir.

Bahar RÜSTƏMLİ
AzNews.az