Çindən sonra lider olan Azərbaycanın şəhər və kəndlərində cins nisbəti yenidən dəyişdi Çindən sonra lider olan Azərbaycanın şəhər və kəndlərində cins nisbəti yenidən dəyişdi

Cins nisbəti yenidən dəyişdi - Rayonda azalıb, şəhərdə artıb

Çindən sonra lider olan Azərbaycanın şəhər və kəndlərində cins nisbəti yenidən dəyişdi

Cins nisbətinin pozulmasına görə Çindən sonra ən yüksək göstəriciyə malik olan Azərbaycanın kənd yerlərində hər 100 yenidoğulan qıza düşən oğlanların sayı azalıb, şəhər yerlərində isə artıb.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bioloji normaya görə, hər 100 doğulan qıza 105-107 oğlan düşməli olsa da, 2011-2014-cü illərdə Azərbaycanda bu göstərici 116, 2015-2017-ci illərdə isə 114 olub.

Keçən il şəhər yerlərində hər 100 yeni doğulan qıza 113 (2016-cı ildə 112), kənd yerlərində isə 114 (2016-cı ildə 116) oğlan düşüb.

Son 27 il ərzində Azərbaycanda oğlan və qız nisbətinin bioloji normaya uyğun olan ən aşağı göstəricisi 1991-cı ildə müşahidə edilib. Həmin ildə şəhər yerlərində hər 100 doğulan qıza 107, kənd yerlərində 105, ümumilikdə ölkə üzrə isə 106 oğlan düşüb.

AzNews.az