Bu gün Aşura günü ilə əlaqədar Gəncədə - İmamzadə ziyarətgahında və Mərkəzi Qan Bankının Gəncə filialında qanvermə aksiyası davam edir. Bu gün Aşura günü ilə əlaqədar Gəncədə - İmamzadə ziyarətgahında və Mərkəzi Qan Bankının Gəncə filialında qanvermə aksiyası davam edir.

Deputat Gəncədə qanvermə aksiyasında iştirak edib

Bu gün Aşura günü ilə əlaqədar Gəncədə - İmamzadə ziyarətgahında və Mərkəzi Qan Bankının Gəncə filialında qanvermə aksiyası davam edir.

AzNews.az "Report"a istinadən xəbər verir ki, YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev və YAP-ın gənc fəalları da qanvermə aksiyasında iştirak ediblər.

Millət vəkili Naqif Həmzəyev bildirib ki, humanist xarakterli aksiyada toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. O, həmçinin Gəncədə - İmamzadə ziyarətgahında vətəndaşların ziyarətlərini rahat və təhlükəsiz etmələri üçün yaradılmış şəraitdən razı qaldığını bildirib, qanvermə aksiyasının yüksək səviyyədə təşkil edildiyini söyləyib.

Qanvermə aksiyası günün sonuna kimi davam edəcək.

AzNews.az