Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Rasim Quliyevin tutduğu vəzifədən azad edilib. Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Rasim Quliyevin tutduğu vəzifədən azad edilib.

Xarici Əlaqələr Departamenti sədri və Aparat rəhbəri vəzifələrinə təyinat

Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Rasim Quliyevin tutduğu vəzifədən azad edilib.

Aznews.az xəbər verir ki, Rasim Quliyev Modern.az-a açıqlamasında faktı təsdiqləyib.

O qeyd edib ki, öz istəyilə tutduğu vəzifədən azad edilib:

"Bəli, öz xahişimlə Aparat rəhbəri vəzifəsindən azad edilmişəm və Bakı Şəhər İcra Hakimiyyətinin Xarici Əlaqələr Departamentinə sədr təyin olunmuşam".

R.Quliyev bildirib ki, artıq Aparat rəhbəri vəzifəsinə təyinat da olub:

"Yeni Aparat rəhbəri Elçin Həbibullayevdir. Gənc, perspektivli, intellektual kadrdır. Əvvəllər Bakı Şəhər İcra Hakimiyyətində çalışmayıb, yeni təyinatdır. Vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə əminəm".

AzNews.az