Türkiyədə qətlə yetirilən iş adamı Etimad İsmayılov dəfn edilib. Türkiyədə qətlə yetirilən iş adamı Etimad İsmayılov dəfn edilib.

Etimad İsmayılov dəfn edildi - YENİLƏNİB (fotolar)

Türkiyədə qətlə yetirilən iş adamı Etimad İsmayılov dəfn edilib.

AzNews.az xəbər verir ki, mərhum Nardaran qəbiristanlığında torpağa tapşırılıb.

***

11.45

AzNews.az xəbər verir ki, mərhumun türk bayrağına bürünmüş cənazəsi hazırda sabiq deputat İlyas İsmayılovun evindən çıxarılaraq, Nardaran qəbiristanlığına aparılır.

Etimad İsmayılovun yas mərasiminə Türkiyə səfirliyinin nümayəndələri də qatılıb.

Mərasimdə iştirak edən Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri İrfan Çiftçi mərhumun ailəsinə baş sağlığı verib.

***

11:16

Etimad İsmayılovun cənazəsi qəbiristanlığa aparılır – YENİLƏNİB

Türkiyədə qətlə yetirilən iş adamı Etimad İsmayılovla keçirilən vida mərasimi başa çatıb.

AzNews.az xəbər verir ki, mərhumun türk bayrağına bürünmüş cənazəsi hazırda sabiq deputat İlyas İsmayılovun evindən çıxarılaraq, Nardaran qəbiristanlığına aparılır.

***

11:16

AzNews.az xəbər verir ki, mərasim sabiq millət vəkili İlyas İsmayılovun Nardarandakı bağ evində keçirilir. Mərasimə mərhumun doğmaları, yaxınları qatılıb.

Qeyd edək ki, azərbaycanlı iş adamı Etimad İsmayılov Türkiyənin İstanbul şəhərindəki ofisində öldürülüb. Mərhumu Floryadakı ofisində qətlə yetirən Gözəl Dəmirov İstanbul Təhlükəsizlik və İctimai Asayiş İdarəsinin əməkdaşları tərəfindən tutulub. Gözəl Dəmirov polisə ilkin ifadəsində cinayəti pul üstündə törətdiyini və ortaq qurduqları şirkətin 4 milyon dəyərindəki 2 faizlik hissəsinin onun adına keçirilməməsinə görə E.İsmayılovla mübahisə etdiyini söyləyib. O, mübahisə zamanı İsmayılov tərəfindən təhdid edildiyini və buna görə silaha əl atdığını deyib.

Elgün Mənsimov
AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description