Ərzaq məhsullarını xarab olmaması üçün soyuducuda saxlayırıq. Ərzaq məhsullarını xarab olmaması üçün soyuducuda saxlayırıq.

Bu ərzaqları soyuducuda saxlamayın! – Zəhərlənə bilərsiniz

Ərzaq məhsullarını xarab olmaması üçün soyuducuda saxlayırıq.

Amma bəzi qidalar üçün bu vəziyyət tam əksinədir. Bəzi ərzaq məhsulları soyuducuya qoyulanda xarab olur və ya tərkibindəki faydalı minerallar, vitaminlər itir, orqanizmə mənfi təsir göstərir. Bu qidaların qəbulu zəhərlənmələrə, xəstəliklərə də səbəb ola bilir.

Pomidor
Demək olar, hərkəs pomidorları xarab olmaması üçün soyuducuya qoyur. Amma bilmirik ki, soyuducu pomidorun dadının dəyişməsinə səbəb olur. Pomidorun içi qum halına gəlir və yumşalmağa başlıyır. Belə olduğu halda pomidorun tərkibində bakteriyalar artır və onu yemək səhhətimiz üçün zərərlidir.

Kartof
Bəzi insanlar kartofu soyuducuda saxlamağa üstünlük verir. Kartof soyuducuda qaldığı zaman onun toxuması və dadı dəyişir. Amma soyuducuda olduğu üçün görünüşü eyni olaraq qalır. Belə kartofu yemək bir çox xəstəliyin yaranmasına səbəb olur.

Qəhvə
Soyuducuda qalan qəhvə həm nəmlənər həm də təzəliyini itirib boyatlaşır. Buna görə də, qəhvələrinizi soyuducuda deyil quru və sərin yerdə saxlamağınız məsləhətdir.

Şirniyyatlar
Şirniyyatlar soyuducuda qaldığı zaman həm görünüşünü həm də dadını itirə bilir. Məsəlçün bal axıcılığını itirə bilir, mürəbbə dona bilər.

Nigar CƏFƏR
AzNews.az