Azərbaycanda icazəsiz ova cəhd edən Bəhreyn və Pakistan vətəndaşları saxlanılıb. Azərbaycanda icazəsiz ova cəhd edən Bəhreyn və Pakistan vətəndaşları saxlanılıb.

Bəhreyn və Pakistan vətəndaşları saxlanılıb - İcazəsiz ova cəhdə görə

Azərbaycanda icazəsiz ova cəhd edən Bəhreyn və Pakistan vətəndaşları saxlanılıb.

AzNews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Salyan rayonunun Kalmas adlanan ərazisində icazəsiz ova cəhd edən 2 nəfəri saxlayıb.

Araşdırma zamanı ova cəhd edənlərin Bəhreyn Krallığının və Pakistan İslam Respublikasının vətəndaşları Mohammed Ali Al-Marri, Faesal Shah olduğu məlum olub. Onlardan quş ovlamaq üçün ləvazimatlar götürülüb.

Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.

AzNews.az