Yaş artdıqca qadınlar tam necə xarakterdə olduqlarını və necə adamla sevgili olmaq istədiklərini dəqiq bilirlər. Yaş artdıqca qadınlar tam necə xarakterdə olduqlarını və necə adamla sevgili olmaq istədiklərini dəqiq bilirlər.

Yaşca özündən böyük kişi ilə sevgili olmağın üstün cəhətləri - Qadınlar özlərini daha güvəndə hiss edirlər

Yaş artdıqca qadınlar tam necə xarakterdə olduqlarını və necə adamla sevgili olmaq istədiklərini dəqiq bilirlər.

Qadınlar hər zaman özlərini yanında etibar edəcəkləri adamla birlikdə olmağ istəyirlər. Buna görə də xanımların çoxu özü ilə eyni yaşda olan yox, 5-6 yaş böyük bəzən isə özlərindən 10-15 yaş böyük insanlarla sevgili olub, evlənir.

Aparılan araşdırmalar zamanı özlərindən 10-15 yaş böyük şəxslə evli olan xanımlarla söhbət edilib. Onlar belə evliliyin müsbət tərəflərindən danışıblar.

AzNews.az-ın xəbərinə görə, həmin qadınların ümumi fikri belədir:

Hər zaman yetkin insan kimi davranırlar
Yaşca böyük kişilər hər mövzuda özlərinə və ətrafındaki insanlara qarşı səbirli olurla. Nə istədiklərini bilər və problemi həll etməyə çalışırlar. Onlar ümumiyyətlə, arzularını və qabiliyyətlərini bilirlər. Belə olduğu halda qadınlar özlərini daha güvəndə hiss edirlər.

Daha nəzakətli olurlar
Nəzakətli olmaq çox adamın bacardığı iş deyil. Amma bəlli bir yaşa çatmış insan üçün bu vəziyyət çətin deyil. Onların ən yaxşı xüsusiyyətlərindən biri də sevmədiyiniz bir xüsusiyyətini ona dedikdə sərt reaksiya verməməkləridir.

Ailənizlə tanış olmaqdan qorxmazlar
Böyük kişi sizin ailənizlə necə ünsiyyət quracağını və necə danışmal; olduğunu bildiyi üçün ailənizlə tanış olmaqdan çəkinməzlər.

Təcrübəlidir
Axşam yeməyi üçün restoran seçməkdən tutmuş istirahət edəcəyiniz şəhərə qədər rahatlıqla özü seçim edə bilir. Çox macərapərəst olmasalar da, sizi xoşbəxt etmək üçün əllərindən gələni edir.

Qısqanmaz
Həddən artıq qısqanclıq özünə inamsızlıqdan yaranır. Amma yetkin insan həm özünə, həm də qarşısındakina inana bildiyi üçün belə problemlə üzləşməzsiniz. Bəzən xanımlar qısqanılmayanda sevilmədiklərini düşünsələr də, bu, belə deyil. Onlar sizə daha çox dəyər verir və inanır.

Nigar CƏFƏR
AzNews.az