Rza Zərrabın Nyu-Yorkda lüks şəraitdə yaşadığı məlum olub. Rza Zərrabın Nyu-Yorkda lüks şəraitdə yaşadığı məlum olub.

Rza Zərrabın Nyu-Yorkda lüks həyatı - Oteldə başqa adla qalır

Rza Zərrabın Nyu-Yorkda lüks şəraitdə yaşadığı məlum olub.

Əslən azərbaycanlı Türkiyə vətəndaşı olan iş adamı ötən həftə görüntüləndiyi "Nobu" restoranının qarşısındakı "Four Seasons Downtown" adlı otelə daxil olarkən kamerların obyektivinə tuş gəlib.

"Hürriyyət" qəzetinin müxbiri Razi Canikligil onun bu görüntülərini lentə alıb.

Rza Zərrabın oteldə başqa bir adla yaşadığı bildirilir. Xəbərdə qeyd edilib ki, Zərrab "Hürriyət"in müxbirini görərək tez otelə qaçıb.

Diqqət çəkən məqamlardan biri də Zərrabın xüsusi mühafizəçilər və Federal Təhqiqatlar Bürosunun agentləri tərəfindən qorunmamasıdır.

Xatırladaq ki, 2016-cı ilin martında İrana qarşı tətbiq olunan sanksiya qərarını pozmaqda ittiham olunaraq ABŞ-da həbs olunan Rza Zərrab məhkəmədə etirafçı olduqdan sonra sərbəst buraxılıb. (unikal.org)

AzNews.az