04:56
(077) 610-22-33

Kodların qeydiyyat qaydalarına riayət etməyənlər cərimələnəcək

  • >
403 1 Aprel 2013 10:02 | Cəmiyyət

Bu gündən etibarən Azərbaycanda mobil qurğuların IMEI (International Mobile Equipment Identification) kodların qeydiyyat qaydalarına riayət etməyənlər cərimələnəcək.

"APA-Economics"in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, IMEI kodların qara zənbilindən olan qurğularına xidmət göstərən vəzifəli şəxslər 2 000 manat, hüquqi şəxslər isə 10 000 manat cərimə ediləcək. Bu cür hallar təkrar aşkar edildiyi halda cərimələrin məbləği iki dəfə artırılacaq.

Mobil qurğunun IMEI kodunun qeydiyyat sisteminə qoşulmadığı və qurğunun sistemə uyğunlaşdırılmadığı halda vəzifəli şəxslər 5 000 manat, hüquqi şəxslər isə 25 000 manat cərimə ediləcək.

Qeyd edək ki, qeydiyyat 3 kateqoriya üzrə aparılır – ağ, qara və boz siyahı. Ağ siyahıya Beynəlxalq GSM Assosiasiyasının IMEI kodları, qara siyahıya – belə bir identifikasiya kodu olmayan qurğular, boz siyahıya isə ağ və qara siyahılara daxil edilməyən qurğular daxildir.

Xatırladaq ki, Azərbaycan Milli Məclisi tərəfindən ötən ilin dekabr ayında IMEI kodlar üzrə mobil qurğuların qeydiyyat sisteminin tətbiqi üzrə İnzibati Xətalar Məcəlləsinə əlavələrin edilməsi ilə bağlı qəbul edilən qərar bu ilin əvvəlində təsdiq edilib.

AzNews.az
Bağla X