Dövlət ittihamçısı həbs cəzası istədi

Nərimanov Rayon Məhkəməsində ötən il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında "Hicaba azadlıq!" tələbi ilə keçirilən aksiyada iştirakına görə tutulmuş və barəsində cinayət işi başlanmış 32 nəfərdən 8-nin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxslərə 6 ildən 7 il 9 aya qədər həbs cəzası istəyib.

Proses aprelin 8-də davam etdiriləcək.

Qeyd edək ki, 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında "Hicaba azadlıq!" tələbi ilə keçirilən aksiyada iştirakına görə tutulmuş şəxslərin ümumi sayı 32 nəfər olub. Həmin şəxslərdən bir qrupunun işi də bir müddət əvvəl məhkəməyə göndərilib. Hazırda onların da məhkəmə prosesləri davam etdirilir.

Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunurlar.

AzNews.az