19:57
(077) 610-22-33

Fazil Mustafa: “İranın notasının əsası yoxdur“

  • >
442 1 Aprel 2013 10:54 | Cəmiyyət

"İran faktiki olaraq Azərbaycanın düşməni olan bir ölkəyə dəstək verir. Buna görə də Azərbaycanın haqqı var ki, istənilən məsələdə mövqeyini ortaya qoysun."

Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Fazil Mustafa İranın Azərbaycana nota verməsini şərh edərkən bildirib.

Deputatın fikrincə, əsas diqqət insan haqları məsələsinə yönəlib. Burada İran dövləti əleyhinə hər hansı bir tədbir görülmür. "Hər bir azərbaycanlı haqlıdır ki, Güney Azərbaycanda türk dilində təhsil olsun. Bu haqqı azərbaycanlıların əlindən almaq və bunu tələb etdiyinə görə İranın notasının heç bir əhəmiyyəti və məntiqi yoxdur. İran azərbaycanlıların arqumentlərini və iradlarını ortadan qaldırmaq istəyirsə, türklərə demokratik haqları tanımalıdır. Belə olan təqdirdə, Azərbaycanda kimsə İranın əleyhinə hansısa formada mövqe sərgiləməz. Əks təqdirdə, İrana qarşı haqlı olaraq tənqidlər səslənəcək. Çünki bizim dövlətlərimiz ayrı olsa da, soydaşlarımızın bir qismi İranda yaşayır və biz də millətimizin və dövlətimizin maraqlarını təmsil edirik. Onların pozulan hüquqları bizim haqlarımızın tapdalanmasıdır. Bu baxımdan İranın notasının əsası yoxdur"-deyə vurğulayıb.

Xatırladaq ki, İran Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) təşkilatçılığı ilə martın 30-da Bakıda "Çağdaş Güney Azərbaycanın sabahı" mövzusunda konfrans keçirilməsinə etiraz olaraq Azərbaycan Respublikasına nota verib.

AzNews.az
Bağla X