BPQMİ-nin rəisi: Xəstə yatağında olan şəxslər üçün bu xidmət heç bir əlavə xidmət haqqı olmadan həyata keçirilir. BPQMİ-nin rəisi: Xəstə yatağında olan şəxslər üçün bu xidmət heç bir əlavə xidmət haqqı olmadan həyata keçirilir.

İllər əvvəl insanlar gecəni yatmayıb burada növbəyə dururdu, amma indi...

BPQMİ-nin rəisi: Xəstə yatağında olan şəxslər üçün bu xidmət heç bir əlavə xidmət haqqı olmadan həyata keçirilir.

Əvvəllər vətəndaşlara ümumvətəndaşlıq pasportları Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi, el arasında "OVİR" adlandırılan qurum tərəfindən verilirdi. Hər zaman bu qurumun yerləşdiyi binanın qarşısında saysız-hesabsız növbələr olurdu. Lakin pasportların verilməsi də "ASAN"laşandan sonra "OVİR"ə müraciət edən vətəndaşların sayı azaldı. Hətta bəzi vətəndaşlar bu qurumun, ümumiyyətlə, fəaliyyətini dayandırdığını belə, düşünür.

AzNews.az-ın məlumatına görə, Sputnik Azərbaycan-ın əməkdaşı sözügedən qurumda olub, oradakı hazırkı iş prosesinə şahidlik edib.

Əvvəlcədən qeyd edək ki, "OVİR" vətəndaşlara fasiləsiz xidmət göstərir. Bu barədə bizə Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinin (BPQMİ) Pasport İdarəsinin rəisi Nərgiz Məhərrəmova məlumat verib. Onun sözlərinə görə, bayram günlərində baş idarə və regional şöbələr gücləndirilmiş rejimdə çalışır. Hətta nahar fasiləsi, istirahət günləri də vətəndaşlara pasportların verilməsi davam etdirilir.

N.Məhərrəmova qeyd edib ki, ASAN-mərkəzlər fəaliyyətə başladıqdan sonra BPQMİ-nin Pasport İdarəsinə vətəndaşların müraciətləri azalıb: "Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Pasport idarəsi son texnologiyalarla vətəndaşların ixtiyarındadır. Quruma müraciət edən vətəndaşların məmnunluğunu təmin etmək üçün qanunvericilik çərçivəsində xidmət göstərilir".

Bəzən vətəndaşlar onları narahat edən məsələlərlə bağlı qurumun sədri N.Məhərrəmovaya müraciət edir. Elə bizim reportajımız əsnasında da bir vətəndaş müraciət edərək, xəstə valideyninin təcili xaricə aparılması üçün gün içində xarici pasport almalı olduğunu bildirdi. Vətəndaşdan tələb edilən sənədlər qəbul edildikdən sonra gün ərzində valideyni üçün pasport ala biləcəyi bildirildi.

N.Məhərrəmova qeyd edir ki, BPQMİ-nin Pasport İdarəsinin səyyar xidməti də mövcuddur: "Belə ki, xəstə yatağında olan şəxslər üçün bu xidmət heç bir əlavə xidmət haqqı olmadan həyata keçirilir. Biz özümüz səyyar avtomobil göndəririk, xəstənin şəkilləri çəkilir, sənədləri qəbul edilir. Və sonra vətəndaşa pasport verilir. Bunun üçün dövlət rüsumundan başqa, heç bir haqq tələb olunmur".

"Burada vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi həyata keçirilir. Ümumvətəndaşlıq pasportlarının verilməsi və dəyişdirilməsi zamanı fotoşəkil mərkəz daxilində xüsusi avadanlıq vasitəsilə çəkilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür" – deyə müsahibimiz bildirib.

N.Məhərrəmovanın sözlərinə görə, 15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaşlıq pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri tərəfindən imzalanır: "15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır".

Qurumda verilən pasportlardakı xətaları qeyd edən xüsusi "keyfiyyətə nəzarət" aparatı fəaliyyət göstərir. Yeni pasport alan vətəndaş aparata yaxınlaşıb, pasportunu daxil edir. Və pasport aparat tərəfindən oxunduqdan sonra vətəndaş məlumatların doğruluğuna və pasportda xətanın olub-olmadığına əmin olur.

Qeyd edək ki, yeni pasportlar xüsusi elektron məlumatların daxil edildiyi çiplə təmin edilib. Buna görə də yeni pasportları saxtalaşdırmaq qeyri-mümkündür.

Qeyd edək ki, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində onlarla əməkdaş fəaliyyət göstərir. Hər bir şəxs quruma müraciət edərək, çox rahat şəkildə ümumvətəndaşlıq pasportu əldə edə bilər.

AzNews.az