- Köhnə - Cəmiyyət
- 22 Sentyabr 2018 22:16
- 4 079
Bakı dünyanın ən təhlükəsiz şəhərləri sırasında - Ən təhlükəli şəhər isə San-Pedro-Suladır
“Numbeo” tədqiqat portalının məlumatına əsasən, San-Pedro-Sula (Honduras) dünyanın ən təhlükəli şəhəridir.
Dünya şəhərlərinin 2018-ci ildə yüksək cinayətkarlıq səviyyəsinə görə tərtib olunan reytinqdə ilk beşliyə, həmçinin Karakas (Venesuela), Port-Morsbi (Papua-Yeni Qvineya), Fortaleza (Braziliya) və Durban (Cənubi Afrika Respublikası) daxil edilib.
Bununla yanaşı, ekspertlər dünyanın ən təhlükəsiz üç şəhəri sırasında Əbu-Dabi (Birləşmiş Ərəb Əmirlikləri), Doha (Qətər) və Bazelin (İsveçrə) adını çəkiblər.
Siyahıya ümumilikdə 327 şəhər daxildir. Ən təhlükəsiz 41 şəhər arasında yer alan Bakı reytinqdə ABŞ, Kanada, Avropa və MDB-nin bir çox məşhur şəhərlərini, o cümlədən Los-Anceles, Çikaqo, Toronto, Paris, Berlin, London, Madrid, Roma, Brüssel, Moskva, Sankt-Peterburq və İstanbulu qabaqlayıb. (AzərTAC)
AzNews.az