21:39
(077) 610-22-33

Kursantın ölüm səbəbi açıqlandı

  • >
484 1 Aprel 2013 13:55 | Cəmiyyət

Martın 2-də gecə saat 03.05 dəqiqədə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə vəfat etmiş kursant Əmikişiyev Raqil Arazxan oğlunun ölümü ilə bağlı ekspertiza rəyi açıqlanıb. Bu barədə məlumatı AzNews.az-a kursantın qardaşı Rabil Əliyev verib.

Rabil Əliyevin sözlərinə görə, ekspertiza rəyində kursantın ölümünə səbəb kimi ürək-damar çatışmazlığı, ağciyərin arterial damarında tromb əmələ gəlməsi göstərilib. Qardaşının ölümü ilə bağlı Xətai Rayon Prokurorluğunda izahat verdiyini deyən R.Əliyev ekspertiza rəyinə inandığını bildirib:

"Əgər qardaşımla bağlı hansısa hadisə baş versəydi mənim bundan xəbərim olardı. Sadəcə, mənim üçün maraqlıdır ki, qardaşımın səhhəttində uşaqlıqdan heç bir narahatlıq olmayıb. Əgər sonralar yaranıbsa, bu haqda mən yox, liseydəkilər xəbərdar olmalı idilər".

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X