08:27
(077) 610-22-33

AMEA özünə yeni prezident seçəcək

  • >
325 1 Aprel 2013 14:04 | Cəmiyyət

Azərbaycan Milli Elmlər Akademiyası yeni prezident seçkilərinə hazırlaşır. Prrezident seçkiləri aprel ayının sonunda ümumi hesabat yığıncağında reallaşacaq.

AMEA-dan AzNews.az-a verilən məlumata görə hələlik prezident seçkisində iştirak edəcək namizədlər məlum deyil. Onlar öz namizədliklərini ümumi hesabat yığıncağında irəli sürə bilərlər. Ancaq AMEA-nın prezidenti olmaq üçün bir sıra şərtlər var ki, buraya da namizədin elmlər doktoru, akademik olması daxildir.

AMEA-nın bir neçə institutunun direktoru vəzifəsinə seçkilər də hələlik keçirilməyib. Həmin institutların direktorları bu vəzifəni icra edirlər. Direktor seçkilərini gözləyən institutlar arasında Dilçilik İnstitutu, Coğrafiya İnstitutu, Ədəbiyyat İnstitutu, Əlyazmalar İnstitutu var.

Qeyd edək ki, Mahmud Kərimovun vəfatından sonra AMEA - nın prezidenti vəzifəsini Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə icra edir.

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X