Sağlam bir ayaqda biləkdən başlayaraq, barmaq uclarına qədər bütün sümük və damarların bir-biri ilə uyğun işləməsi lazımdır. Ayaqlarımızda yaranan balaca bir yara böyük problemlərə səbəb ola bilər. Sağlam bir ayaqda biləkdən başlayaraq, barmaq uclarına qədər bütün sümük və damarların bir-biri ilə uyğun işləməsi lazımdır. Ayaqlarımızda yaranan balaca bir yara böyük problemlərə səbəb ola bilər.

Ayaqlarda döyənək və göbələk nədən yaranır?

Sağlam bir ayaqda biləkdən başlayaraq, barmaq uclarına qədər bütün sümük və damarların bir-biri ilə uyğun işləməsi lazımdır. Ayaqlarımızda yaranan balaca bir yara böyük problemlərə səbəb ola bilər.

AzNews.az ayaqlarda yaranan problemləri və həlli yollarını təqdim edir.

Göbələk
Ayaqlarda tez-tez rast gəlinən xəstəliklərdən biri də göbələk xəstəliyidir. Göbələk daha çox ayaq barmaqlardan başlayıb daban bölgəsinə qədər yayılır. Bu xəstəliyin yaranma səbəblərindən biri hovuz, geyinə-soyunma otaqlarda və saunalarda istifadə olunan ümumi başmaqlardır. Bəzən bu xəstəlikdən əziyyət çəkən adamlar türkəçarələrdən istifadə etsə də, bu, yalnışdır. Xəstəlik geniş yayılmadan həkimə müraciət olunmalıdır.

Döyənək
Ayaqdaki döyənəklərin əmələ gəlməsinin əsas səbəbi səhv seçilmiş ayaqqabı və çılpaq ayaqla geyinilmiş ayaqqabıdır. Döyənəyin yaranması ayaq dərisinin qalınlaşması və sərtləşməsinə gətirib çıxarır. Döyənəklərə tək ayaqlarımızın kənarlarında deyil, barmaq aralarında da rast gəlinir. Nəmləndirici krem və ya bədən yağlarını döyənəklər olan hissəyə vurmaqla onları sağalda bilərsiniz.

Dırnaq batması
Dırnağın dəriyə batması ən ağrılı problemlərdən biridir. Bunun qarşısını almaq üçün daha çox cərrahi müdaxiləyə ehtiyac duyulur. Dırnağı ətinə girən adamlar daha çox ayaqqabı seçimini düzgün etməlidir.

Ziyillər
Ayaqda yaranan infeksiyalardan biri də ziyildir. Hansı ki, bu ziyillər birbaşa təmasla yaranır. İnsanların ortaq istifadə etdiyi ərazilərdə ayaqyalın gəzməklə bu infeksiyaya yoluxa bilərsiniz. Ayağınızda ziyil gördüyünüz zaman mütləq şəkildə dermotoloqa mürcaiət etməlisiniz, əks ghalda ziyil artır.

Nigar CƏFƏR
AzNews.az