Faktor.az xəbər portalı yeni layihəyə start verib. Faktor.az xəbər portalı yeni layihəyə start verib.

Sayt əlilləri işə götürəcək

Faktor.az xəbər portalı yeni layihəyə start verib.

AzNews.az-ın xəbərinə görə, bu gündən etibarən saytın kollektivinin əsas hissəsi fiziki məhddiyyətli şəxslər, sığınacaqda məskunlaşanlar, kimsəsiz uşaqlar evindən yaş məhdudiyyətinə görə çıxmağa məcbur qalan istedadlı şəxslər olacaq.

Onlara müxbirlik, tərcüməçilik, redaktə, korrektə, montaj işləri, fotoqraflıq, operatorluq, videoblogerlik, SMM kimi sahələr öyrədiləcək. Bu müddət ərzində isə maaşla təmin ediləcəklər.

Qeyd edək ki, Azərbaycanda 624 min fiziki məhdudiyyətli insan yaşayır, bu da əhalinin 6,3 faizi deməkdir. Amma onların cəmi 32,5 faizi işlə təmin olunub. Onlara hər il dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müdafiəsi Fondu vasitəsilə 82 milyon manat ödənilir.

Faktor.az-ın məqsədi bu təcrübəni böyüdüb, bütün ölkədə tətbiq etməkdir.