14:15
(077) 610-22-33

“Aprel ayında ölkədə ciddi kütləvi aksiyalar gözlənilir”

  • >
299 1 Aprel 2013 16:01 | Cəmiyyət

"Qafqazinfo"ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib ki, dünən Müsavat Partiyası siyasi məhbuslara azadlıq tələbi ilə flaş-mob keçirib: "Bununla bağlı da istər mətbuatda, istərsə də sosial şəbəkələrdə geniş müzakirələr aparıldı. Hazırda da növbəti aksiyalar üçün həm digər siyasi partiya strukturları, həm də Gənclər Təşkilatları ilə müzakirələr aparılır. Yəqin ki, müzakirələrin sonunda müvafiq qərar qəbul olunacaq".

Partiya rəsmisi onu da əlavə edib ki, son günlər geniş vüsət alan həbslər də aksiyaların keçirilməsini surətləndirir.

AzNews.az
Bağla X