Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Azərbaycan Səfirliyinin təşəbbüsü və daha on bir ölkənin (Türkiyə, İran, Pakistan, Çin, Hindistan, Yaponiya, Avstraliya, Banqladeş, Yeni Zelandiya, İndoneziya, Cənubi Koreya) Səfirliklərinin birgə təşkilatçılığı ilə “Asiya və Sakit okean regionu ölkələrinin Film Festivalı” həftəsi keçirilib. Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Azərbaycan Səfirliyinin təşəbbüsü və daha on bir ölkənin (Türkiyə, İran, Pakistan, Çin, Hindistan, Yaponiya, Avstraliya, Banqladeş, Yeni Zelandiya, İndoneziya, Cənubi Koreya) Səfirliklərinin birgə təşkilatçılığı ilə “Asiya və Sakit okean regionu ölkələrinin Film Festivalı” həftəsi keçirilib.

“Bir günəş altında”nın Efiopiyada təqdimatı keçirilib - Filmin baş prodüseri Arzu xanım Əliyevadır

Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Azərbaycan Səfirliyinin təşəbbüsü və daha on bir ölkənin (Türkiyə, İran, Pakistan, Çin, Hindistan, Yaponiya, Avstraliya, Banqladeş, Yeni Zelandiya, İndoneziya, Cənubi Koreya) Səfirliklərinin birgə təşkilatçılığı ilə “Asiya və Sakit okean regionu ölkələrinin Film Festivalı” həftəsi keçirilib.

Bu barədə "Report"a Azərbaycan Respublikasının Efiopiyadakı səfirliyindən məlumat verilib.

Festival İtaliya Mədəniyyət Mərkəzində təşkil edilib, sentyabrın 15-23-də keçirilib.

Festivalın bağlanış mərasimində giriş sözü ilə təşkilatçı səfirlər adından Azərbaycan səfiri Elman Abdullayev çıxış edərək, festivalı Efiopiya cəmiyyətinin və diplomatik korpusun müxtəlif ölkələrin mədəniyyəti ilə yaxından tanış olması baxımından gözəl imkan adlandırıb, tamaşaçılara və təşkilati dəstək göstərmiş bütün şəxslərə təşəkkür edib. Səfir Elman Abdullayev festivalının təşkilinin diplomatik korpusun sıx əməkdaşlığı nəticəsində baş tutduğunu qeyd edərək, gələcəkdə digər birgə layihələrin də həyata keçirilməsinin vacibliyini vurğulayıb. Səfir E.Abdullayev həmçinin, təşkilatçı ölkələrin səfirlərini səhnəyə dəvət edərək, birgə təşkilatçılığın rəmzi olaraq xatirə şəkli çəkdirilib.

Daha sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub və ölkəmizdə azsaylı xalqların, etnik qrupların həyatından bəhs edən “Bir günəş altında” sənədli filmi nümayiş olunub. Filmin baş prodüseri Arzu xanım Əliyevadır. Qeyd edək ki, Azərbaycan filmi festival çərçivəsində böyük auditoriya toplayıb və tamaşaçıların böyük marağına səbəb olub. Film haqqında qısa təqdimat verən səfir Elman Abdullayev, qeyd olunan sənədli filmin Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm ənənələrini nümayiş etdirdiyini qeyd edib. Səfir Azərbaycanda bütün xalqların və etnik qrupların mədəniyyətlərinin və dillərinin dövlət səviyyəsində qorunduğu və inkişaf olunduğunu vurğulayıb.

Bağlanış mərasimi ilə bağlı təşkilatçı Səfirliklər tərəfindən verilmiş geniş ziyafətdə Asiya ölkələrinin milli mətbəx nümunələri və içkiləri qonaqlara təqdim olunub. (report)

AzNews.az

image description image description image description image description image description