Bakı Şəhər Halqası Akademiyası gəncləri karyera yarmarkasına dəvət edir. Bakı Şəhər Halqası Akademiyası gəncləri karyera yarmarkasına dəvət edir.

Gənclər üçün KARYERA YARMARKASI - İştirak üçün qeydiyyata tələsin!

Bakı Şəhər Halqası Akademiyası gəncləri karyera yarmarkasına dəvət edir.

Bakı Şəhər Halqası Akademiyası oktyabrın 5-də gənclərə dəstək olmaq üçün karyera yarmarkası təşkil edəcək. Bununla əlaqədar olaraq Akademiya böyük məmnunniyyətlə karyera yarmarkasına qeydiyyatın başlanıldığını elan edir.

Yarmarkada ölkədə fəaliyyət göstərən nüfuzlu şirkətlər və qurumlar gənclər üçün uyğun vakansiyalarını və təcrübə proqramlarını təqdim edəcəklər. Eyni zamanda, təlimçilər tərəfindən gənclər üçün müxtəlif mövzularda master-klasslar keçiriləcək. Bu təlimlər düzgün CV hazırlamağın yolları, müsahibəni uğurla keçmək, karyera qurmaq və bu kimi başqa mövzuları əhatə edəcək.

Karyera yarmarkasında iştirak bütün gənclər üçün nəzərdə tutulur və onlara aşağıda qeyd olunan linkdən qeydiyyatdan keçmələri xahiş olunur. Akademiya iştirakçı yerləri məhdud olduğuna görə gənclərə qeydiyyatdan keçməyə tələsməyi tövsiyyə edir. https://docs.google.com/forms

Daha ətraflı məlumatı (012) 404 13 83 nömrəsinə zəng edərək əldə etmək mümkündür.

Qeyd edək ki, tədbirdə iştirak edən şirkətlər həm təcrübə proqramları, həm də vakansiyalarına I kurs tələbələrini qəbul edəcəklər.

Bakı Şəhər Halqası Akademiyası Formula 1 Azərbaycan Qran-Pri yarışının təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkətində fəaliyyət göstərən akademiyadır. Akademiya Azərbaycanda keçirilən Formula 1 yarışlarının təşkilatçılığında iştirak edən könüllülərin və gənclərin peşəkarlıq səviyyəsinin daha da artırılması məqsədilə yaradılıb. (AZƏRTAC)

AzNews.az