Hamımız ictimai yerlərdə, küçədə xüsüsən də dükan, bazarda hərbi geyimdə olan sıravi vətəndaşlara rast gəlirik. Bəs Hərbi geyimin( uniformanın) xidmətdən kənar geyinilməsi nə dərəcədə doğrudur? Hamımız ictimai yerlərdə, küçədə xüsüsən də dükan, bazarda hərbi geyimdə olan sıravi vətəndaşlara rast gəlirik. Bəs Hərbi geyimin( uniformanın) xidmətdən kənar geyinilməsi nə dərəcədə doğrudur?

Hərbi forma xidmətdən kənar istifadə edilə bilərmi? - "Hərbi geyim yalnız hərbiçilər üçündür"

Hamımız ictimai yerlərdə, küçədə xüsüsən də dükan, bazarda hərbi geyimdə olan sıravi vətəndaşlara rast gəlirik. Bəs Hərbi geyimin( uniformanın) xidmətdən kənar geyinilməsi nə dərəcədə doğrudur?

Hərbi qulluqçuların forma və nişanları 25 iyun 2001-ci il tarixli "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamənin və "Azərbaycan Respublikası Silahlı qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI ilə tənzimlənir. Həmin sərəncamın 1-ci fəslinin 21,22, 23 cü bəndlərində qeyd edilir:

21. Hərbi geyim formasını daşımaq hüququna Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən bütün hərbi qulluqçular, hərbi litsey kursantları, toplantılara çağırılmış hərbi vəzifəli şəxslər, habelə ehtiyata, yaxud istefaya buraxılmış hərbi geyim forması daşımaq hüququ olan hərbi qulluqçular malikdir.

Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsi qadağandır.

22. Hərbi geyim forması Azərbaycan Respublikası müdafiə nazirinin təsdiq etdiyi «Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim formasını daşıma qaydaları»na uyğun olaraq daşınır.

23. Hərbi qulluqçular və hərbi litseyin kursantları hərbi geyim forması ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normalar üzrə təmin edilirlər. Hərbi geyim forması ilə təminedilmə qaydası Azərbaycan Respublikası müdafiə naziri tərəfindən müəyyən edilir.

AzNews.az Faktor.az-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlının yerli saytlardan birinə verdiyi müsahibədə “mülkü şəxslərin hərbi formadan istifadəsi haqqında bunları dedi: “Hərbi formanın mülki vətəndaşlar tərəfindən geyinilməsi məqbul sayılmır. Düzdür, qanunvericiliklə hərbi formanın mülki vətəndaşlar tərəfindən alınmasına, satılmasına, onun daşınmasına qadağa qoyulmasa da, burada məsələnin mənəvi tərəfi var. Söhbət mülki vətəndaşlarımızın hərbi libası daşımaq haqqından və hüququndan gedir. Bu məsələdə vətəndaşlarımız hərbi geyimin, hərbi xidmətin, hərbi qulluqçunun nüfuzunun artırılması baxımından özləri hərbi libasa yüksək qiymət verməli və məhdudiyyət qoyulmasına anlayışla yanaşmalıdırlar”deyə qeyd edib. Həmçinin, hərbi ekspert Şair Ramaldanov da öz açıqlamasında hərbi geyimin yalnız hərbiçilər üçün nəzərdə tutulduğunu qeyd edib, vurğulayıb ki, hərbi formaya marağı olanlar hərbi formadan yox, eyni rəngli parçalardan istifadə edərək, müəyyən kostyumlar tikdirib, geyinə bilərlər. “Orduda xidmət keçib, təxris olunan şəxslər mülkidə ola-ola hərbi formadan istifadə edə bilərlərmi”, sualımıza gəldikdə, hərbi ekspert: “Orduda əsgər kimi xidmət keçib, ehtiyyata buraxılan mülkü vətəndaşlar yox, qüsursuz xidmət edən zabitlərin kitabçasında qeyd olunur ki, onlar hərbi geyim formasından istifadə edə bilərlər ” – deyə Ş.Ramaldanov qeyd edib.

AzNews.az