"Vətəni sevmək imandandır!" İslam peyğəmbərinin (s.ə.s) belə bir deyimi vardır. "Vətəni sevmək imandandır!" İslam peyğəmbərinin (s.ə.s) belə bir deyimi vardır.

"Vətən uzaqda deyil" - Dilavər Əzimli Vəsilə Vahidqızının verilişi haqda yazır

"Vətəni sevmək imandandır!" İslam peyğəmbərinin (s.ə.s) belə bir deyimi vardır.

Vətən sevgisini imana qədər yüksəldir!!! Çünki Vətən hamımızın beşiyi və anasıdır!!! Ona Ana Vətən deyirik!!! Ananı sevmək, ona hörmət etmək, unun uğrunda daima mübarizə aparmaq hər bir övladın müqəddəs borcudur.
Daima məni düşündürən məsələlərdən biri də xaricdə yaşayan azərbaycanlılarla əlaqə məsələsinin zəifliyi idi. Bu sahə olduqca vacib sahədir. Dünyada milyonlarla azərbaycanlı yaşayır.
Biz onların potensialından niyə istifadə edə bilmirik?
Buna nə mane olur?
Axı eləmək mümkündür!!!
Bunun üçün ölkəmizdə böyük imkanlar vardır.
Yetər ki, buna istətin olsun!!!
Təbii ki, bunu etmək üçün də əsl kadrlar lazımdır.
Son aylarda ölkəmizdə gedən kadr islahatları bu sahədə də böyük irəliləyişlər yaratdı.
Söhbət Diasporla İş üzrə Dövlət Komitəsindən gedir.
Sözün düzü, əvvəllər bu komitənin nə iş gördüyü şəxsən mənə bəlli deyildi. Amma yeni rəhbərliyin ilk gündən atdığı addım sübut etdi ki, bu rəhbərlik böyük işlər görəcəkdir. Konkret deyim ki, Ukraynada iki yerə parçalanmış diaspor nümayəndələrini bir araya gətirib barışdırmaq yeni rəhbərliyin ilk böyük uğurlarından idi. Demək, yeni rəhbərlik bu sahədə fundamental işlər görəcəkdi.
Bu işlərdən biri də bu ilin avqust ayında Azərbaycanın ən gözəl guşəsi olan Şəki şəhərində keçirilən əzəmətli tədbir idi. Bu tədbir xaricdə yaşayan gənclərin böyük bir qrupunun Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı komitə rəhbərliyi tərəfindən ölkəmizə dəvəti və onların dövlətçilik tariximizlə, dilimizlə, ənənələrimizlə məlumatlandırılması ilə bağlı idi. Dünyanın 37 ölkəsindən oraya gənclər təşrif buyurmuşdu. Onlara dövlətçilik tarixindən, dilimizdən, ənənələrimizdəm mühazirələr oxuyub, dil kursları keçdilər.
Bunları isə Azərbaycanın tanınmış jurnalisti, verilişlərini çox zaman izlədiyim Vəsilə Vahidqızının İctimai televiziyada yayımlanan "Vətən uzaqda deyil" verilişində seyr etdim.
Onu da əlavə edim ki, Şəkiyə bəndəniz də dəvətli idi. Amma məzuniyyət vaxtı rayonda olduğum üçün gedə bilmədim.
Verilişə baxdıqca təəssüf etdim...Təəssüf etdim ki, iştirak edə bilmədim...
Veriliş yüksək peşəkarlıqla hazırlanmışdı. Aparıcı hər bir şeyi dəqiq hesablamışdı. Bir tərəfdə xaricdə yaşayan gənclər, digər tərəfdə Azərbaycanda yaşayan gənclər əyləşmişdi. Aparıcı sualları peşəgarcasına verir, cavabları sona qədər dinləyir və əlavə suallar verirdi. O dəqiqə hiss olunurdu ki, aparıcının qəlbində həm də Vətən atəşi, Azərbaycan atəşi yanır. O atəşi gənclərin sinələrindəki ürəyə hopdurmağa çalışırdı. Yersiz heç nə yox idi...
Sona qədər izlədim...
Son dövrlərdə televizora baxmağı unutmuşdum. Həmişə də efirdə gedən bayağı verilişləri tənqid edirəm.
Amma bu dəfə...
Bu dəfə dayandım və sona qədər izlədim. Böyük zövq aldım. Qürur duydum....
Bax, buna deyərlər peşəkarlıq!!!
Buna deyərlər jurnalistika!!!
Çox istərdim ki, bu cür də davam etsin...
Əgər bu cür davam edərsə, bu komitənin səsi Uzaq Çindən Avstraliyaya qədər hər yerdən gələcəkdir!!!
Bu mənada bu məsələdə efir və bir də efirdə yayımlanan verilişlər, onu təqdim edən jurnalistlər ciddi rol oynayır!!!
Uğurlar!!!

Dilavər Əzimli

AzNews.az